10 Yanvar 2016 12:01
533
Oxucu məktubları
A- A+

Həyatımıza rahatlıq gəldi

 

Yaşadığım səfalı və abad kənd “Qız qalası”na gedən yolun üstündə yerləşir. Bu yerləri İsmayıllıya istirahətə gəlib-gedənlər yaxşı tanıyır və sevirlər.

Kəndimiz meşə ilə əhatə olunub. Təbii qaz olmadığından ətrafdakı meşəni lazımınca qoruya bilmirdik. Şaxtalı qış aylarında kənd məktəbi, evlər odunla qızdırılırdı. Yəni, meşədə ağaclar qırılırdı. Bunun  qarşısını isə yalnız kəndə qaz çəkilişi ala bilərdi.

Artıq arzumuz reallaşıb. 144 evdən ibarət  Xanagah kəndinə qaz xətti çəkilib və bütün evlər bu yanacaqla təmin olunub. Beləliklə, həm məişət şəraitimiz xeyli  yaxşılaşıb, həm də meşələr xilas olub. Bu diqqət və qayğıya görə dövlətimizə, eləcə də qaz çəkilişində zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk.

 

Vaqif ƏSGƏROV,

İsmayıllı rayonu Xanagah kənd sakini, müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video