10 Yanvar 2016 12:01
573
Oxucu məktubları
A- A+

Musiqi sədalarına bürünən məktəb

 

Astara şəhərinin mərkəzində qədim bir bina var. Uzun illər burada rayonun müxtəlif təşkilatları fəaliyyət göstərib. Müstəqillik dövründə isə uşaqların ixtiyarına verilib. İndi burada uşaq musiqi məktəbi yerləşir. 1966-cı ildə fəaliyyətə başlayan məktəb xeyli uşaq, yeniyetmə və gəncin musiqi zövqünün formalaşmasında, onların ifaçılıq peşəsinə yiyələnmələrində mühüm rol oynamışdır. Ötən illər ərzində bu musiqi ocağının şagirdləri istər rayon, istərsə də respublika səviyyəsində keçirilən tədbirlərdə məharət göstərmiş, müsabiqələrdə layiqli yerlər tutmuşlar.

Sevindirici haldır ki, 2002, 2004, 2006 və 2008-ci illərdə uşaq muğam ifaçılarının respublika müsabiqəsi Astarada keçirilmiş, məktəbin pedaqoji kollektivi bu tədbirin araya-ərsəyə gəlməsində, istedadlı uşaqların aşkar edilməsində yaxından iştirak etmişdir. Ötən dərs ilində isə məktəblilərin Bakıda - Muğam Mərkəzində keçirilən Xan Şuşinski adına Muğam Müsabiqəsində bu tədris ocağının iki şagirdi - Səxavət Əsədullazadə və Ruslan Nəcəfzadə xüsusi diplomla mükafatlandırılmışlar.

Son illər məktəbin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, tədris olunan ixtisasların sayı artmışdır: illərlə yalnız iki ixtisas üzrə dərs keçirilirdisə, hazırda onların sayı səkkizə çatdırılıb. Əvvəllər burada 20-30 şagird təhsil alırdısa, indi məktəbdə 287 uşaq müxtəlif musiqi alətlərində ifaçılığın sirlərini öyrənir.

 

Səlimə NƏSİROVA,

Astara şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video