Alternative content

03:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səidənin rənglər dünyası
Səidənin rənglər dünyası
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

Onun çəkdiyi şəkillərə ilk dəfə 3 il öncə respublika Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi  rəsm sərgisində tamaşa etmişəm. Diqqət çəkən işləri çox idi.

Haqqında söz açdığım Səidə Aydəmirovanın on üç yaşı var. Bu yaxınlarda gənc rəssamların sərgisində Səidənin rəsmləri ilə daha yaxından tanış oldum.

Səidə ilk dəfə şəkil çəkməyə beş yaşından başlayıb. Sumqayıt Uşaq və yeniyetmələrin yaradıcılıq məktəbində Murad Kərimovun dərnəyində çalışıb. Yaşıdları arasında qabiliyyəti ilə seçilən bu balaca rəssam Sumqayıtda ənənəvi şəkildə keçirilən gənc istedadlar müsabiqələrinin qalibi olub. Rəsmləri “Sehrli dünya”, “Göyərçin”, “Bala dili” jurnallarında işıq üzü görüb.

Onun rənglər dünyası təmiz və əsrarəngiz, mövzu dairəsi genişdir. Yaşının az olmasına baxmayaraq, Xocalı və 20 Yanvar faciələrinə həsr etdiyi rəsmləri böyük düşüncələrindən xəbər verir. Yüzə yaxın rəsmin müəllifi olan Səidə yaxınlarda fərdi sərgisini keçirmək arzusundadır.

 

İldırım DƏMİRLİ,

Sumqayıt