Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:54 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İmamzadə” kompleksi bərpa olunur
“İmamzadə” kompleksi bərpa olunur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür. Dini-mənəvi dəyərlərə hörmət və ehtiramla yanaşılır. Eləcə də milli dəyərlərimizin yaşadılmasına və təbliğinə xüsusi diqqət yetirilir. Bu məqsədlə abidələr və ziyarətgahlar bərpa olunur.

Bir müddət əvvəl Naxçıvan və Ordubad şəhərlərindəki, Şərur rayonunun Cəlil kəndindəki “Buzxana” abidələri dövlətin dəstəyi ilə bərpa edilib. Hazırda Culfa rayonu ərazisindəki Gülüstan abidəsində, Əlincə qalasında bərpa işləri aparılır.  

Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki “İmamzadə” türbəsində isə bərpa işləri sona çatmaqdadır. Türbə giriş və salondan ibarətdir. Kvadrat formasında  olan abidənin üstü tağvari günbəzlə örtülüb. Uzun müddət ibadət yeri və ziyarətgah kimi istifadə olunan türbənin bərpası zamanı Naxçıvan memarlıq məktəbinin incəlikləri qorunub, həyətdə və ətrafda abadlıq, yaşıllaşdırma işləri də görülüb. Əraziyə içməli su və elektrik xətləri çəkilib. Kompleksə gedən yol asfaltlanıb.

Tədqiqatçıların fikrincə, “İmamzadə” kompleksi XVI-XVII əsrlərə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olmuşdur. 1928-ci ildə naxçıvanlı araşdırmaçılar kompleksdə olarkən qəbirin üzərində ərəb əlifbası ilə  “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdirmişlər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci İmam Museyi-Kazımın oğlu Şahzadə İbrahimə məxsus olduğu yazılıb. 1930-cu ildə Naxçıvan şəhərində yaradılmış ilk diyarşünaslıq muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki bu qədim abidəyə yeni həyat verilməsi tariximizin öyrənilməsi və yaşadılması baxımından təqdirəlayiq haldır.

 

Mehman MƏMMƏDOV,

Şərur rayonu


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM