Alternative content

14:58 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sədanda kitaba maraq böyükdür
Sədanda kitaba maraq böyükdür
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

Hörmətli redaksiya!

Bu məktubu sizə Siyəzən rayonundan yazıram. Bizim Sədan kəndi dağlar qoynunda yerləşir. Tarixi qədimlərə gedib çıxan kəndimizin yaşı min ilə yaxındır.

Kəndimizdə normal yaşayış üçün hər şərait var: məktəb, poçt, tibb məntəqəsi və digər sosial obyektlər. Həmçinin 1000 nəfərə yaxın əhaliyə xidmət edən kitabxana. Bu kitab ocağı 1936-cı ildə yaradılıb. Ağsaqqalar söyləyirlər ki, həmin illərdə bir qrup sədanlı hökümət orqanlarına kənddə kitabxana yaradılması xahişilə müraciət edibmiş. Bakıdan gələn nümayəndə öncə camaatın savadı, yazıb-oxuya bilməsi ilə maraqlanıb. Kimə müraciət edibsə, hamısının savadlı olduğunu görüb və bu barədə mərkəzə məlumat verib.

Elə o vaxtdan bəri kitabxana fasiləsiz fəaliyyətdədir. Daim artırılan və yenilənən kartateka 3298 kitabdan ibarətdir. Kənddə elə ev yoxdur ki, oradan kimsə kitabxanada oxucu kimi qeydiyyata alınmasın. Burada çap məhsulları ilə yanaşı, müxtəlif tarixi dövrlərə aid disklər də var. Orta məktəb şagirdlərinin çoxu kitabxanaya həmin diskləri dinləmək  üçün müraciət edir. Bəzən tarix və coğrafiya dərslərini müəllimlər kitabxanada keçirlər.

Kitabxanada “Heydər Əliyev və Azərbaycan”, “İnkişafın müasir dövrü”, “Qəhrəmanlar ölmür” və başqa bir neçə mövzuda stend yaradılıb.   

Sədanlılar bədii ədəbiyyatı çox sevirlər. Kənd oxucuları klassik dünya və Azərbaycan ədəbiyyatı nümunələrinə böyük maraq göstərirlər.

İsmayıl MURADZADƏ,

Siyəzən rayonu Sədan kəndi