Alternative content

10:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biletlərdə sərnişin yeri niyə qeyd olunmur
Biletlərdə sərnişin yeri niyə qeyd olunmur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

Hörmətli redaksiya!

40 ildən çoxdur ki, Bakı şəhərində məskunlaşmışıq. Hamı kimi biz də ara-sıra rayonumuza getməli oluruq. Bunun  üçün üz tutduğumuz yer - adı çox modern səslənən  Beynəlxalq avtovağzaldır. Bu avtovağzalda aldığımız avtobus biletlərində indiyə qədər nə yer qeyd olunur, nə də gedəcək maşının nömrəsi. Bəs, bilet almış sərnişin həmin avtobusu necə tanısın və harada əyləşsin?

Bəlli olanda ki, filan avtobus Xaçmaza gedir, biletli və biletsiz sərnişinlər həmin avtobusa hücum çəkirlər. Belə xoşagəlməz mənzərə isə acı təəssüf doğurur. Mən  bir neçə dəfə xəzinədara və növbə rəisinə irad tutub biletlərdə müvafiq qeydlərin edilməsinin zəruriliyini söyləmişəm. Ancaq bunun heç bir nəticəsi olmayıb. Cavabları təxminən belədir ki, ancaq böyük tutumlu avtobuslara yer göstərməklə bilet satılır. Paytaxtdan bölgəyə biletdə yer göstərilmədən necə getmək olar? Bir çox sərnişin isə heç bilet almağı lazım bilmir. Salondaca 2 manat 60 qəpik əvəzinə 4  manat ödəyirlər.

Bir vacib məsələni də demək istərdim. Xaçmaza gedən və geri qayıdan avtobusların bir çoxunun yük yeri kiçik həcmli olur - beş-altı çanta zorla yerləşir. Rayona gedib-gələn hər kəsin  də yükü çox olur. Bu üzdən də avtobusda ciddi sıxlıq yaşanır.

Ümid edirik, bu ildən avtovağzalın da işində dönüş yaradılacaq. Bütün istiqamətlərdə sərnişinlər komfortlu avtobuslarla təmin olunacaq, satılan biletlərdə isə konkret yer və digər zəruri məlumatlar göstəriləcək.

 

Tahir AĞARƏHİMOV,

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, müharibə veteranı