Alternative content

15:58 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sağlamlığın və uğurun rəhni...
Sağlamlığın və uğurun rəhni...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücündən, böyük idman potensialından xəbər verdi. Bu möhtəşəm idman tədbirinin Azərbaycana həvalə edilməsi həm ölkəmiz, həm də Avropa üçün tarixi hadisə oldu. İdmançılarımızın uğurlu çıxışı, 56 medal qazanmaları Azərbaycanda idmana verilən önəmin bariz göstəricisi idi. 

Sevindirici haldır ki, dövlətin idmana olan diqqət və qayğısı bölgələrdə də öz təzahürünü tapır. Ölkəmizin hər yerində olduğu kimi, Şabran rayonunda da uşaqların, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün lazımi şərait yaradılır. Son illərdə müxtəlif idman qurğularının,  meydançalarının sayı da xeyli artıb.

Vaxtilə idmanın ağır atletika növü ilə məşğul olmuş sahibkar Seymur Zeynalovun irəli sürdüyü təşəbbüslə bir neçə il əvvəl Şabranda ən müasir tələblərə cavab verən, lazımi avadanlıqlarla təchiz olunmuş idman mərkəzi yaradılıb və idmançıların istifadəsinə verilib.

Hazırda onlarca şabranlının, hətta qonşu rayonlardan olan idmançıların, idman həvəskarlarının bu ünvana müraciət etmələri bizi çox sevindirir. İdmanda uğur qazanmaq üçün istək, zəhmət əlbəttə ki, əsas amildir. Amma bunları realizə etmək üçün münasib şərait və vasitələr də olmalıdır.

İdman mərkəzinə üz tutanların buradakı avadanlıqlardan düzgün və səmərəli istifadəsinin təşkili isə bir məşqçi-müəllim kimi mənim üzərimə düşür. 25 illik idman təcrübəmdən maksimum yararlanmağa, bizə müraciət edənlərə lazımi məsləhətlər verməyə çalışıram. Gələcəyimiz sayılan uşaqlarımızın, yeniyetmə və gənclərimizin zərərli vərdişlərdən uzaq olmaları, idmana həvəs göstərmələri, bəzilərinin istər respublika, istərsə də beynəlxalq yarışlarda uğurlar qazanmaları bizi çox sevindirir, daha da ruhlandırır.

 

Rövşən FƏRZƏLİYEV,

Şabran rayon İdman Mərkəzinin məşqçi-müəllimi