Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qışda hamının payına düşən iş olur
Qışda hamının payına düşən iş olur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 10.01.2016

 

Bakıda qış əsasən mülayim keçir. Amma elə ki, bir balaca sərt üzünü göstərir, paytaxtın da  mövsümi  problemləri qabarır. Bu da şəhər tərəssüfatının qışa hazırlıq səviyyəsinə adekvat olur. Bəzən isə ümumiyyətlə, şəhər əhalisinin qış mövzümünün fəsadlarına qarşı “mübarizə”də ən elementar vərdiş və  bilgilərə malik olmadığı üzə çıxır..

Qışda qar yağar, şaxta, çovğun olar.  Əslində, qışda bunların olmaması  təəccüblü haldır.  Olanda da qalırıq əlaçsız, çarəsiz. Hər işin də həllini, icrasını başqalarından gözləyirik.  Amma elə hallar var ki, hamının başqalarının  görməsini gözlədiyi  işləri  elə bunu gözləyənlər - əlləri qoyunlarında deyinən şəxslərin özləri  icra etməlidir.  Həqiqətən də evinin, darvazasının, blokunun önünü, binasının yolunu, səkisini, iş yerinin, obyektinin qabağını kim təmizləməlidir? Bəlkə bunu da sübh tezdən şəhərin təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, xadimələr etməlidirlər? Axı, bu, tək və ya bir neçə adamın işi deyil.     

Doğrudur, hazırda buna ehtiyac yoxdur - şəhərə yüngül qar yağmışdı. O da yerdə qalmadı. Amma bir gün, yaxud  hansısa qışda  qar  mütləq daha çox yağacaq. Şaxta da olacaq, boran da. Ona görə nə edəcəyimizi, necə edəcəyimizi qabaqcadan müəyyənləşdirməli, ehtiyatımızı da bəri başdan tutmalıyıq. Ehtiyat heç də təkcə ərzaqdan, isti pal-paltardan, kommunal sistemin, o cümlədən isitmə avadanlıqlarının saz vəziyyətdə saxlanmasından ibarət  olmur. Qapımızı, yolumuzu, küçəmizi, həyətimizi  qardan, buzdan təmizləmək üçün  əmək alətləri ehtiyatı görmək, onlardan istifadə vərdişlərinə yiyələnmək lazımdır. Bu həm də idarə və müəssisə kollektivlərinə, xüsusilə ərazisindən ictimaiyyətin istifadə etdiyi təşkilatlara  aiddir. Hətta öncədən iş bölgüsü  aparıb fəaliyyət planı müəyyənləşdirilməlidir.

Bir önəmli məsələ də insanların qarlı-şaxtalı havalarda və daha sonra - temperaturun yüksəldiyi zamanlarda yolda, küçədə necə hərəkət etmələrinə dair maarifləndirmə işinin aparılmasından ibarətdir. Qar yağarkən, şaxta düşərkən yox,  qar-buz  əriyərkən, temperatur  qalxarkən daha təhlükəli olur. Bu yaxınlarda şəhərimizdə bir hadisənin şahidi oldum. Çoxmərtəbəli binanın qarşısından keçərkən bir nəfərin səkidə dayanıb telefonla danışdığını gördüm. Danışığını yekunlaşdırıb təzəcə iki addım atmışdı ki,  dayandığı yerə binanın damından yekə bir buz parçası qopub düşdü. Buzun qəlpələri ətrafa səpələnib yaxınlıqdakı maşınları zədələsə də, xoşbəxtlikdən  vətəndaşa xətər dəymədi. Bu dəfə belə oldu, amma həmişə belə olmayacaq... Odur ki, qış mövsümündə damların, tikililərin yüksəklikdəki konstruksiya elementlərinin, balkonların qardan-buzdan təmizlənməsinə də xüsusi diqqət yetirilməlidir. 

Bir sözlə, bu şəhər  hamımızındır və birgəyaşayış qaydalarına əsasən şəhər təsərrüfatının sahmana salınmasında, mövsümdən, təbiət şəraitindən asılı olmayaraq  həyatın normal ahəngdə, təhlükəsiz davam etməsinin təşkilində hamımızın  payına iş düşür. Qışda da həmçinin...

 

Elxan ELDAROĞLU,

Bakı