Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:34 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yuxarı talalılar təşəkkür edirlər
Yuxarı talalılar təşəkkür edirlər
ANA SƏHİFƏ / Oxucu məktubları
02:01 06.01.2016

 

2012-ci ilin mayında rayon ərazisində baş vermiş zəlzələ digər yaşayış məntəqələri kimi, bizim kəndimiz üçün də ziyansız ötüşmədi. Fərdi yaşayış evlərinin bir qismi  yararsız vəziyyətə düşdü. Zərərə məruz qalan binalar arasında məktəblər, xəstəxanalar da oldu. Zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş sosial obyektlərdən biri də Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbi idi.

Məktəbin qəzalı vəziyyəti bizi çox qayğılandırırdı. Lakin hər zaman olduğu kimi, bu çətinliyin aradan qaldırılmasında da dövlət yanımızda oldu. Kənddə yeni məktəbin tikintisinə başlandı. 2015-ci il sentyabrın 15-də Zaqatala rayonunun Yuxarı Tala kəndi üçün büdcə vəsaiti hesabına inşa edilən 450 şagird yerlik yeni məktəb binası şagirdlərin istifadəsinə verildi.

Artıq bir neçə aydır ki, şagirdlər hər cür avadanlıqla təchiz olunmuş, həyəti abadlaşdırılmış və müasir istilik sistemi ilə təchiz edilmiş məktəbdə təhsillərini davam etdirirlər.

Kəndin bütün sakinləri adından təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk...

 

Abdulməcid ŞABANOV,

Zaqatala rayon Yuxarı Tala kənd sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM