Alternative content

10:52 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni məktəb yeni uğurlar deməkdir
Yeni məktəb yeni uğurlar deməkdir
ANA SƏHİFƏ / Oxucu məktubları
02:01 06.01.2016

 

Bu tədris ili Qəbələ şəhər 5 saylı orta məktəbin pedaqoji və şagird kollektivi, eləcə də biz valideynlər üçün əlamətdar oldu: müasir məktəb binası istifadəyə verildi. Yeni tədris ocağı keyfiyyətli təhsil üçün zəruru sayılan bütün avadanlıq və ləvazimatla təmin edilib. Artıq dörd aydır ki, övladlarımız rahat, təmiz, səliqəli siniflərdə təhsil alırlar. Hiss olunur ki, onların dərslərə marağı xeyli yüksəlib, məktəbə daha həvəslə gedirlər.

Köhnə məktəbin kiçik, qaranlıq sinif otaqları, yararsız partalar, his verən sobalar hamını, ələlxüsus da müəllim və şagirdləri çox narahat edirdi. Çünki o şəraitdə nə normal dərs keçmək mümkün idi, nə də bilikləri mənimsəmək.  Şükür ki, bütün çətinliklər arxada qalıb. Yeni məktəbin tikilməsində zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, şagirdlərimizin sorağı respublikamızın ən tanınmış ali məktəblərindən gəlsin. Ümidvarıq ki, çiçəklənən Azərbaycanımızın gələcəyi üçün müasir, savadlı, vətənpərvər övladların yetişməsində bu məktəbin də rolu olacaqdır.

 

Raqif MƏMMƏDOV,

Qəbələ rayon sakini