Alternative content

11:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qış gəldi, xoş gəldi
Qış gəldi, xoş gəldi
ANA SƏHİFƏ / Oxucu məktubları
02:01 06.01.2016

 

Biz - Babək rayonunun Xalxal kənd tam orta məktəbinin şagirdləri ilk dəfədir havaların soyuduğu günlərdə məktəbə daha həvəslə gəlirik.

Bu vaxtadək hər il payız-qış aylarında köhnə məktəbimizdəki sinif otaqlarında isti paltarlarımızı soyunmadan dərs keçməyə məcbur olurduq. Düzdür, müəllimlərimiz siniflərin qızdırılması üçün hər ehtiyatı görürdülər. Amma buna baxmayaraq, köhnə qapı və pəncərələrin yan-yörəsindən, döşəmənin sınıq-salxaq yerlərindən soyuq sinfə yol tapırdı. Canımız heç qızmırdı...

Yola saldığımız ildə kəndimizdə bir neçə yeni bina istifadəyə verildi. Onlardan biri də indi sevə-sevə gəldiyimiz yaraşıqlı ikimərtəbəli məktəbimiz oldu. Hər cür müasir şəraitlə yanaşı, məktəb istilik sistemi ilə də təmin edilib. Daha diqqətimiz müxtəlif səbəblər, o cümlədən şəraitsizlik, soyuq üzündən dərslərdən yayınmır. Təhsilimizlə daha ciddi məşğul olur, tapşırıqları daha rahat hazırlayırıq.

 

Aynurə KAZIMOVA,

Mahir ƏLİRZAYEV,

Nəzair QULİYEVA,

Sərxan ABDULLAYEV,

Naxçıvan,

Xalxal kənd tam orta məktəbinin  X sinif şagirdləri