Alternative content

23:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hər cür şəraitimiz var
Hər cür şəraitimiz var
ANA SƏHİFƏ / Oxucu məktubları
02:01 06.01.2016

 

Zəngilan rayonunun Məlikli kəndindən didərgin düşüb illərdir  paytaxtda məcburi köçkün kimi yaşayırıq. Ailəmiz 1993-cü ildə Bakı şəhərinin Yasamal rayonu ərazisindəki “Tələbə şəhərciyi”ndəki yataqxanaların birində sığınacaq tapmışdır. Həmin yataqxanalar təmir edilsə də, heç bir sosial-məişət şəraiti yox idi. Lakin qayğını hər zaman hiss edirik.

Çünki ulu öndər Heydər Əliyevin vaxtilə qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlk növbədə dövlət başçısı ərazilərimizin işğaldan azad edilməsinə və  məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmalarına çalışır. Bunun üçün bütün istiqamətlərdə fəal iş aparılmaqla yanaşı, məcburi köçkünlərimizin rifah halının yaxşılaşdırılması və həyati əhəmiyyət daşıyan  mənzil probleminin həlli də diqqət mərkəzindədir. Bunun üçün dəfələrlə dövlət proqramları qəbul edilmişdir.

BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni yaşayış kompleksində məskunlaşıb. Həmçinin paytaxtın Həmzə Babaşov küçəsindəki Doğum evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürülüb. Bir neçə ildir ki, bizim ailə də beşmərtəbəli binalardan ibarət yeni məhəllənin sakinlərindən birinə çevrilib. Qəsəbədə bütün lazım olan infrastruktur yaradılıb: mədəniyyət evi, orta məktəb,  körpələr evi-uşaq bağçası, idman meydançası, dükan-bazar və s. qəsəbə sakinlərinin xidmətindədir. Suyu, qazı, işığı, istilik sistemi də fasiləsiz verilməkdədir.

Yeni qəsəbənin həm görünüşü, həm də burada yaradılan şərait ürəkaçandır. Lakin burada marşrut avtobus məsələsi son vaxtlar problem yaradır. Doğrudur, yeni  yaşayış məhəlləsinin salınması ilə əlaqədar rahat asfalt yol çəkilib  və yolötürücü də tikilib. Ancaq əvvəllər Müşfiqabad qəsəbəsindən metronun “20 Yanvar” stansiyasına işləyən 109 N-li marşrut avtobusu nədənsə marşrutdan çıxarılıb, bizim yeni məhəlləyə və Pirəkəşkül qəsəbəsinə işləyən 114N-li marşrut isə bu sıxlığı aradan qaldırmaq imkanında  deyil. Səhər-axşam yaranan sıxlıq işə gedib-gəlmədə ciddi problemlərə səbəb olur. Nəqliyyat departamenti bu problemi aradan qaldırsa, çox sevinərik.

 

İsa MUSAYEV,

müəllim, Zəngilan rayonundan məcburi köçkün