06 Yanvar 2016 02:01
468
Oxucu məktubları
A- A+

Münasibətdən razıyıq

 

Son illər rayonumuzda insanların sosial rifah halının yüksəldilməsi, eyni zamanda mədəni və mənalı istirahətlərinin təşkili istiqamətində xeyli iş görülüb. Bu baxımdan 2015-ci il bizim üçün daha da düşərli oldu. Yola saldığımız ilin  nəticələrindən biz - Ağsu rayonunun “Azərbaycan” küçəsində yaşayan sakinlər də bəhrələnirik. Artıq küçəmizin hasarları yeni dekorativ daşlarla üzlənib. Yola asfalt döşənib, bardürlər yenilənib və səkilərə tamet daşlar düzülüb.

Eyni zamanda küçəmizlə paralel istiqamətdə,  Ağsu çayının sol sahilində kiçik park salınıb və təxminən 700 kvadratmetrlik sahədə çəmənlik yaradılıb. Ərazidə 3 mindən çox gül kolu əkilib.

Bu parkda veteranların mənalı istirahətləri üçün hər cür şərait yaradılıb. Burada vaxt keçirən veteranlara çay pulsuz verilir. Parkın ətrafında yaşayan sakinlərin də istirahəti üçün geniş imkan var. Şahmat həvəskarları da diqqətdən kənarda qalmayıblar. İstədikləri zaman gəlib burada şahmat oynaya bilirlər.

Biz veteranlar, ümumilikdə isə sakinlər yaradılan şəraitdən məmnunuq və qəzetiniz vasitəsilə bu cür xeyirxah əməllərdə zəhməti olan hər kəsə çox sağ olun deyirik.

 

Şahnəzər NƏZƏROV,

Ağsu rayonundan veteran

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video