Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:32 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ucqar kəndlərə asfalt yol çəkilir, Binədə isə...
Ucqar kəndlərə asfalt yol çəkilir, Binədə isə...
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 06.01.2016

 

“Atçılıq” adını, yəqin ki, eşitmisiniz. Bakının Binə qəsəbəsində (sənədlərdə elə “Binə”, “İkinci yeni sahə” kimi qeyd olunur) yaşayış sahəsidir. Özü də ərazi  baxımından heç də digər kəndlərdən geri qalmır - Bakı Beynəlxalq Hava Limanından başlayır, Buzovna qəsəbəsində bitir.

Azı beş min nəfər də sakini var. Di gəl, məktəb yox, bağça yox, tibb məntəqəsi yox, su və kanalizasiya sistemi yox! Nə yaxşı ki elektrik və qaz xətləri mövcuddur. Yoxsa burada yaşamaq mümkün olmazdı.

Sakinləri narahat edən daha bir ciddi problem var. Yaşayış sahəsinin torpaqdan ibarət avtomobil yolu, demək olar ki, sıradan çıxıb. Yaranmış dərin çala-çuxurlar yolu keçilməz edib. Hətta altı hündür maşınlar belə bu yoldan çətinliklə keçir.

Səhər tezdən işə gedən, axşam işdən qayıdan qəsəbə sakinləri ictimai nəqliyyatdan da yarımayıblar. Kənddən əsas yola (Mərdəkan yoluna) işləyən sınıq-salxaq avtobus gah çox gec gəlir, gah da elə xarab olub yolda qalır. Sakinlər məcbur olub taksiyə minirlər. Taksi sürücüləri isə yaranmış vəziyyətdən istifadə edərək 50 qəpiklik yolu bəzən 2 manata aparırlar. Səbəb kimi yolun xarab olmasını göstərirlər.

Sakinlər haqlı olaraq sual edirlər: necə olur ki, ən ucqar kəndlərə yeni asfalt yollar çəkilir, ancaq paytaxt Bakının, özü də hava limanının düz yanında yerləşən kənd diqqətdən kənarda qalır?

Hörmətli redaksiya! Kənd sakinləri adından xahiş edirik bizim bu problemləri işıqlandırıb əlaqədar təşkilatları hərəkətə gətirəsiniz.

 

Elgün ZİYAOĞLU,

Bakı şəhəri, Binə qəsəbəsi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM