Alternative content

00:17 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kitab vurğunu...
Kitab vurğunu...
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 06.01.2016

 

Mənə almanların Göygölə gəlmələri haqqında məlumat lazım idi. Fikrət İsmayılova müraciət etməyi məsləhət gördülər. Getdim, görüşüb tanış olduq. Yaşı səksəni ötsə də, gümrahdır, aydın, rəvan danışır. Məni “iş otağı”na dəvət etdi. Dörd tərəfdə kitab rəfləri düzülmüşdü. Demə, Fikrət müəllim əsl kitab həvəskarı, bilicisi imiş.

İxtisasca memardır. Bir sıra obyektlərin - rayon mədəniyyət evinin, şəhər kitabxanasının, poçt şöbəsinin, Quşqara, Haçaqaya, Danayeri kəndində və başqa yerlərdə sosial obyektlərin layihələrinin işlənməsində xidmətləri olub.

Zəngin kitabxanasının əksəriyyətini texniki ədəbiyyat təşkil edir. Memarlıq abidələri, kurqanlar, tarixi yerlər, keçmiş illərin olayları haqqında materiallarla yanaşı, çox sayda bədii ədəbiyyat nümunəsini də qayğı ilə qoruyub saxlayır.

Fikrət müəllim hər gün xeyli qəzet və jurnal da alır, müəyyən qeydlər aparır. Onun kitabxanasının qapısı hamının üzünə açıqdır. Halallığı, dəqiqliyi sevir. Yaddaş dəftərini göstərdi. Kim hansı kitabı istəsə, etiraz etmir, verir və xatirə dəftərinə qeyd edir. Daimi oxucuları arasında yaşlı nəslin nümayəndələri ilə yanaşı, tələbələr, yeniyetmələr də var.

Fikrət İsmayılov deyir ki, son vaxtlar kitaba, mütaliəyə marağın azalmasından çox narahatdır. O, gənclərə müntəzəm kitab oxumağı tövsiyə edir. Kitab elm, savad mənbəyi, mütaliə təfəkkürün genişlənməsi, nitq mədəniyyətinin inkişafı, dilin zənginləşməsi deməkdir.

Özümə gərəkli materialları, nəhayət, bu kitabxanada tapdım: almanların Azərbaycanda, eləcə də Göygöldə məskunlaşmaları haqqında, onların sonrakı taleyi barədə xeyli sənədlə tanış oldum.

Maraqlıdır ki, almanlar da Fikrət müəllimi yaxşı tanıyırlar. Vaxtaşırı bu yerlərə gələn turistlər Fikrət İsmayılovun da qonağı olurlar. Ona dünyanın müxtəlif guşələrindən gələn məktublar, vaxtilə  bu yerlərdə yaşayan almanların xatirələri də böyük maraq doğurur.

                                                                                    

Qabil BAYRAMOV,

Göygöl rayonu