Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:44 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 390
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 390
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 31.12.2015

 

№ 390                                Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 1.4.1.3-cü yarımbəndinin icrasını və dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin cari smeta qiymətləri ilə müəyyən edilməsi üçün resurs metodunun tətbiq edilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2016-cı il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun (bundan sonra - resurs metodu) hazırda tikintinin ehtimal olunan qiymətinin təyin edilməsində istifadə olunan 1991-ci ilin mövcud smeta-normativ bazası ilə paralel olaraq tətbiqinə icazə verilsin.
2. Nəzərə alınsın ki, resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar və avadanlıqların, həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının (bundan sonra - resurslar) mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir.
3. “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin və obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılsın. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin.
4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki:
4.1. yeni smeta-normativ və qiymətqoyma sisteminə aid müvafiq texniki-normativ hüquqi aktların hazırlanıb təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2016-cı il fevralın 15-dək təmin etsin;
4.2. dövlət element-smeta normaları toplularının cədvəllərində nəzərdə tutulmuş resursların cari qiymətinin müəyyən edilməsi üçün 20 (iyirmi) təqvim günü müddətində həmin resursların nomenklaturalarını və tarif dərəcələrini hazırlayaraq:
4.2.1. materiallar, məmulatlar, konstruksiyalar, mebel-inventar və avadanlıqlarla bağlı resurslar üzrə siyahının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə;
4.2.2. tikintidə əməyin ödənilməsi üçün tarif dərəcələri üzrə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə;
4.2.3. tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə siyahının (tikinti üçün yükdaşıma məsələləri də daxil olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim edilməsini təmin etsin;
4.3. bu qərarın 5-ci hissəsində göstərilən məlumatlar təqdim edildikdən sonra cari qiymətlər əsasında resursların cari smeta qiymətlərinin hesablanmasını və tikintidə əməyin ödənilməsi üzrə müvafiq məlumatların hazırlanmasını, onların təsdiq və cari smeta qiymətləri toplularının çap edilməsini, həmin sənədlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini 2016-cı il iyunun 1-dək təmin etsin;
4.4. Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin qiymətlərində hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə bir dəfədən az olmayaraq, həmin resurslar üzrə bu qərarın 5-ci hissəsində göstərilən dövlət orqanlarının müəyyən etdiyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq edilməsini təmin etsin;
4.5. 2 (iki) ay müddətində aidiyyəti dövlət orqanları ilə birlikdə üstəlik xərclər və smeta gəliri üzrə normativlərin, “Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin saxlanılması xərcləri də daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini müəyyənləşdirib, təsdiq edilməsi üçün təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki:
5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən resursların nomenklaturaları və əməyin ödənilməsi üzrə tarif dərəcələri təqdim edildikdən sonra aidiyyəti üzrə cari qiymətləri mövcud qaydalara uyğun olaraq müəyyənləşdirib, müvafiq məlumatları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 2016-cı il martın 1-dək təqdim etsinlər;
5.2. resurs metodunun tətbiqinə başlanıldığı vaxtdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim olunacaq siyahılara əsasən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin cari qiymətləri barədə məlumatları operativ qaydada hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə aid tədbirlərin və resurs metodu üzrə müvafiq işlərin aparılması və tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin maliyyələşdirilməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM