Alternative content

16:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 398
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 398
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 31.12.2015

 

№ 398                                    Bakı şəhəri, 22 dekabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə  təsdiq  edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1003; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7.2.5-ci yarımbəndə “Cəmiyyətin” sözündən əvvəl “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 9.1.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.12-ci yarımbənd əlavə edilsin:

“9.1.12. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək.”.

3. 10.4.7-ci yarımbənddə “bütün növ” sözləri “bu Nizamnamənin 10.4.9-cu və 10.4.10-cu yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

4. 10.4.8-ci yarımbəndin sonund

a nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.4.9-cu yarımbənd əlavə edilsin:

“10.4.9. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”. 

5. XI hissə üzrə:

5.1. adı aşağıdakı redaksiyada verilsin:

“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;

5.2. aşağıdakı məzmunda 11.5-ci bənd əlavə edilsin:

“11.5. İdarə Heyətinin rəhbəri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri