29 Dekabr 2015 01:12
535
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Xətai rayonunda yolların yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəllələrarası küçələrin abadlaşdırılması istiqamətində paytaxtın müxtəlif rayonlarında tədbirlər davam etdirilir. Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi, Xətai rayonu ərazisindəki küçələrdə də abadlıq və quruculuq işləri aparılır, əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda da əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib. İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavalar döşənib. Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video