Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır
Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır
ANA SƏHİFƏ / Turizm
03:12 25.12.2015

Cari ildə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunmayıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, dünyada baş verən ciddi iqtisadi və maliyyə böhranları nəticəsində bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib. Onun sözlərinə görə, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700-800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi: “Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə də Körfəz, Avropa və Latın Amerikası ölkələrindən gələnlər var”.

Ə.Qarayev bildirib ki, Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.