Alternative content

08:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 402
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 402
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:12 25.12.2015

 

№ 402                                    Bakı şəhəri, 24 dekabr 2015-ci il

 

2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında

 

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı,

6, 7 iyul  Ramazan bayramı,  12, 13 sentyabr Qurban bayramıdır.

2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri