Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 381
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 381
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 20.12.2015

 

№ 381                                                Bakı şəhəri, 17 dekabr 2015-ci il

 

“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris  məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2000-ci  il  20 noyabr tarixli 205 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər  tutaraq  Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2000, № 11, maddə 826; 2002, №10, maddə 637; 2003, №9, maddə 523; 2005, №8, maddə 780; 2006, №6, maddə 563, №11, maddə 998; 2007, № 9, maddə 924; 2008, №4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri (manatla)” aşağıdakı redaksiyada verilsin:

 

“Büdcədən maliyyələşdirilən müəssisə,

idarə və təşkilatlarda tədris məşğələlərinin

aparılmasına cəlb edilən işçilərin əməyinin

saathesabı ödənilməsi məbləğləri

                                                                                                                       (manatla)

 

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor, elmlər doktoru

dosent, fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

1

2

3

4

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

4,40

2,90

2,25

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

6,30

4,40

2,90

 

Qeydlər:

1. Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilib.

2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilir.

3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunur.

4. Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri