Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:12 20.12.2015

 

İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödənilsə də, iş yoldaşım vəfat etmiş və ödənişlərdə gecikmə yaranmışdır. Bank həm mənə, həm də iş yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırıb və pulu bizdən tələb edir. Halbuki mən yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümündən sonra mənim zaminliyimə son verilməli deyildimi?         

 

Abbas MƏCİDOV,

Bakı şəhəri

 

- Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana gəlmişsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür. Əmlakın vərəsəlik yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər. Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçmişdir, yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı - ərini əvəz etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1151.1).

Bu hal  sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Belə ki, Mülki  Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyənləşdirən 477-ci maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmamışdır. Məcəllənin 477.0.2-ci maddəsi üzrə əsas - “Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir” öhdəliyin tərəfinin vərəsəlik yolu ilə dəyişməsi halını tənzimləmir. Bu, yalnız kreditor (konkret halda, bank) və yeni borclu (hər hansı üçüncü şəxs) arasında bağlanmış müqavilə üzrə əsas öhdəliyin (konkret halda, kredit müqaviləsi üzrə öhdəliyin) passiv (borclu) tərəfində baş verən dəyişikliyə şamil oluna bilər. Odur ki, məcəllənin 477.0.2-ci və 525-ci maddələri arasında bağlılıq var. Çünki 525-ci maddəyə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir:  “əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir”.

Beləliklə, siz zamin durduğunuz şəxsin dünyasını dəyişməsinə baxmayaraq, müqavilə əsasında zaminlik öhdəliyini daşıyırsınız. Bundan imtina yalnız bankın razılığı  ilə mümkündür.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM