Alternative content

08:15 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
01:12 19.12.2015

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən  Kəmalə Nəbi qızı Abiyeva Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən  Rafael Əmir oğlu Eyvazov Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Bu qərarın 1-ci bəndi imzalandığı gündən, 2-4-cü bəndləri 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il