Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 374
№ 374 Bakı şəhəri, 4 dekabr 2015-ci il
“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 noyabr tarixli 351 nömrəli və 6 noyabr tarixli 357 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 29.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
29.1. |
Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu |
2. 29.2-ci bənd ləğv edilsin.
3. 29.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
29.3. |
Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətininrazılaşdırılması üçün müraciətin və sənədlərin qəbulu |
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb
25 Aprel
Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb...
25 Aprel
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
25 Aprel
Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq
25 Aprel
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq
25 Aprel
Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir
25 Aprel
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!