17 Dekabr 2015 02:12
864
Turizm
A- A+

Almaniyanın bir sıra şəhərlərində Azərbaycanın turizm potensialının təbliğinə dair tədbirlər keçirilib

Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism” şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə “Aviareps Tourism GmbH” şirkəti tərəfindən cari ilin noyabr-dekabr aylarında Almaniyanın Ştuttqart, Köln, Hannover və Drezden şəhərlərində silsilə təbliğat tədbirləri (roadshow) keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində nümayəndəlik tərəfindən Azərbaycana dair təqdimatlar edilib, həmçinin Ştuttqartda 85, Kölndə 90, Hannoverdə 67, Drezdendə isə 65 iştirakçı olmaqla ümumilikdə 300-dən çox alman tur operatoruna təlimlər keçirilib. Bu tədbirlərdə ölkəmizə dair ümumi informasiya, statistik göstəricilər, uçuş imkanları, milli mətbəx, sağlamlıq və qış turizmi haqqında məlumatlar öz əksini tapıb. Həmçinin, iştirakçılara ölkəmizin turizm potensialına dair reklam-çap məhsulları və alman dilində “Aserbaidschan” bələdçi kitabı paylanılıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən Almaniyanın 200 tur operatoru üçün onlayn (e-learning) seminarın keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video