16 Dekabr 2015 12:12
530
Oxucu məktubları
A- A+

Qızlar, gəlin bu sənəti dirçəldib yaşadaq

 

Yadımdadır, mən uşaq olanda hər il payızın sonunda nənəmgildə hana qurular, uzun qış gecələrində xalça toxunardı. Qonum-qonşu da yığışıb bir yerdə vaxt keçirmək, dərdləşmək üçün hana arxasını özlərinə məkan seçərdilər. Nənəmin yun ipləri müxtəlif boyalarla rəngləmək üçün qazanda qaynatması, bibilərimin yun daraması, ərişlər, arğaclar indi də gözlərim önündədir.

Artıq bir neçə ildir ki, nənəm rəhmətə gedib və hanası da o vaxtdan səmərəsiz qalıb.

Bu ayın əvvəlində Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisi keçirilirdi. Mən də tələbə yoldaşlarımla həmin sərgiyə getmişdim. Orada nümayiş olunan xalıları görəndə nənəmgildəki xalça toxunan günləri yenidən xatırladım.

Yaxşı ki, Naxçıvanda indi bu sahəyə ayrıca diqqət yetirilir. Buna sərgidəki xalçaçı qızların hana arxasında müxtəlif naxışlarla, ilmələrlə toxuduqları xalçaları görəndə bir daha əmin oldum. O zaman nənəmdən öyrəndiklərimi unudub-unutmadığımı yoxlamaq üçün qızlardan icazə alıb yanlarında əyləşdim. Düzdür, ilk ilmələrdə barmaqlarımın cəldliyini itirdiyini görürdüm. Amma nənəmdən öyrəndiklərimi hələ də unutmadığıma sevindim. Orada özümə söz verdim ki, nənəmin hanasını evimizin şüşəbəndində qurduracağam. Anamın, bibilərimin köməyi ilə bu qışda xalça toxumağa çalışacağam.

Dediyim odur ki, bu qədim adət-ənənəmizi gənc nəsil öyrənib yaşatmasa, unudulub gedər. Ona görə də neçə vaxtdır ki, qrup yoldaşlarımla, rəfiqələrimlə  Naxçıvanda xalçaçılıq sənətinin yaşadıldığı, sərgiləndiyi Dövlət Xalça Muzeyinə yollanırıq. Orada hana arxasında əyləşənlərdən xalçaçılığın sirlərini, toxuma texnikasını, yeni naxışları öyrənirik.

Mənim sözüm həmyaşıdlarımadır: bu qədim sənəti siz də öyrənin.

 

Gülbəyaz KƏRİMOVA,

Naxçıvan Müəllimlər İnstitutunun II kurs tələbəsi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video