Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:08 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hədəfimiz zirvələrdir
Hədəfimiz zirvələrdir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:12 16.12.2015

 

Əslən Qubadlıdanıq. 18 illik həyatımda ağlım kəsəndən ata-anamdan ən çox eşitdiyim sözlər Qubadlı, Vətən, torpaq və həsrətlə bağlı olub. Ailə ağsaqqalımız - babam hər dəfə doğma yurd yerlərindən söhbət açılanda qəhərlənir, qaşları çatılır...

Məcburi köçkünlüyün, məhrumiyyətin  nə olduğunu valideynlərimlə birgə yaşayıb görmüşəm. Əslində, elimizin hansı faciə ilə üzləşdiyini, nə zillətlər çəkdiyini mahiyyət etibarı ilə indi daha dərindən anlamağa başlamışam. Bu barədə bizə doğma məktəbimizdə çox danışılıb. Bizim kimi köçkün  taleyi yaşayan Aşağı Mollu kənd orta məktəbinə qədəm basdığımız ilk gündən son zəngədək müəllimlərimiz bizə Vətənə sevgi aşılamaqla bərabər israrla elm-savad yiyəsi olmamızı tövsiyə etdilər. Bunun üçün əllərindən gələni də əsirgəmədilər. Onların sayəsində anladıq ki, qazana biləcəyimiz və heç kimin əlimizdən ala bilməyəcəyi var-dövlət varsa, o da bilikdir! İnandıq ki, Vətənə, millətə layiqli  xidmət üçün  hər kəs öz işinin, peşəsinin qəhrəmanı olmalıdır. Buna görə də həmişə məktəbdə, dərslərimdə birinciliyə can atdım...

Orta təhsilimi uğurla başa vurub ali məktəb imtahanlarında maksimum nəticəyə nail oldum - 700 bal topladım. İndi Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsiyəm. Prezident təqaüdçüsü olmağımla da xüsusi qürur duyuram. Düşünürəm ki, yaxşı oxumaq, peşəkar mütəxəssis olmaq, Vətənə xidmət hər birimizin vətəndaşlıq borcudur. Məqsədimiz və hədəfimiz ən ali  zirvələr olmalıdır: dövlətimiz daha da güclənsin, ölkəmiz çiçəklənsin, millətimizin  rifah halı yüksəlsin. Biz gənclər, tələbələr  məhz bu yolu tutmuşuq.

 

Niyazi ABBASOV,

Bakı Ali Neft Məktəbinin tələbəsi, Prezident təqaüdçüsü 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM