Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:09 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsti işə soyuq münasibət
İsti işə soyuq münasibət
ANA SƏHİFƏ / Oxucu məktubları
12:12 16.12.2015

 

Nə yaxşı ki, havalar mülayim keçir, yoxsa təşkilatlararası münasibətlərin - “Bakıistiliktəchizat” idarəsinin digər müəssisələrlə “alış-veriş”inin düyünü çözülənədək soyuq əhalinin əhdini kəsərdi...

Yaşadığımız doqquzmərtəbəli binanın və  ətrafdakı evlərin istilik sistemləri nəhayət, son 3-4 ildə yeniləndi. Əsas xətt binaya qədər çəkildikdən sonra qalan işləri, yəni, xətlərin mənzillərdən keçirilməsini, radiatorların quraşdırılmasını hər mənzil sahibi özü elətdirdi. Hərə də öz bildiyi kimi. Nə gəlib maraqlanan oldu, nə də bunun təhvil-təslimini edib xeyir-duasını verən...

Pis-yaxşı evlərimiz qızırdı, indi ona da həsrət qalmışıq. Doğrudur, artıq bir neçə gündür sanki problem həll olunub. Amma qış  hələ sərt üzünü göstərməsə də,  istilik gah fasilələrlə verilir, gah da istənilən dərəcədə olmur.

Bu, nə vaxta qədər davam edəcək? Niyə bu xidmət təşkilatı öz işini müasir standartlar əsasında qurmur, buna heç cəhd də göstərmir? Niyə tərəflər arasında müqavilə bağlanmır? Şübhəsiz, son nəticədə yenə də əhalini günahkar çıxaracaqlar. Amma sual olunur, niyə əhali ilə müqavilə bağlayan, smart  tipli sayğaclar quraşdırıb abonentlə təması minimuma endirən  təşkilatlarla əhali arasında problemlər az yaşanır, o cümlədən istehlak haqlarının ödənilməsi ilə bağlı ləngimələr minimuma enir, amma “dədə-baba” qaydası ilə işləyib pul toplayan idarələr həmişə kəsirdə olur? Əgər bu metod işləmirsə, mənən də köhnəlibsə, niyə onlardan imtina edib özünü doğrultmuş mütərəqqi, sivil  üsullara keçilmir?

Qüvvədə olan tariflərə əsasən əhali üçün istilik haqqı qızdırılan yerin hər kvadratmetrinə görə hesablanır və 15 qəpikdir. İnsafən, böyük rəqəm deyil. Amma sual olunur, bu dəyər müqabilində “istilik” deyərkən nə nəzərdə tutulur?  Yəni, bunun standartı nədir - evlərə daxil olan, sistemdə dövr edən su kütləsinin temperaturu minimum nə qədər olmalıdır ki,  bu “alqı-satqı” sövdələşməsi baş tutmuş sayılsın? Biz istehlakçı olaraq bilmək istəyirik ki, ödədiyimiz pulun müqabilində əslində, nə qədər istilik almalıyıq. Bu, bizim haqqımızdır. Deməli, tərəflər arasında müqavilə bağlanmalı, bütün nüanslar orada öz əksini tapmalıdır. Münasibətlərin hüquqi əsasda qurulması, tərəflərin öz vəzifə və səlahiyyətlərini bilməsi vacibdir.

Eləcə də nəzərə almaq lazımdır ki, sistemdə fasilə yaranarkən evin, mənzilin optimal temperatura qədər qızması müəyyən zaman tələb edir. Sistemdə temperatur cüzi - çox aşağı olduğu halda, üstəlik, belə istilik də günlərlə hesablanan fasilələrlə verildikdə mənzil çox gec isinir. Belə halda normal şərait yaratmaq üçün mütləq mənzildə əlavə qızdırıcı vasitələrdən - elektrik və ya qaz sobalarından, kondisionerlərdən istifadə etmək məcburiyyətində qalırıq. Bu da əlavə xərc, qayğı, problem, bəzən isə təhlükə deməkdir.

 

Elxan ELDAROĞLU,

Bakı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM