Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:28 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sevimli şou” kimin sevimlisidir?
“Sevimli şou” kimin sevimlisidir?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:12 16.12.2015

 

“Space” telekanalındakı bu “layihə” mütəmadi olaraq mətbuatda tənqid olunur, amma nədənsə verilişin aparıcısı inadla tənqid və iradları qulaqardına vurur. Hələ üstəlik, söylənənlərə etinasızlıq göstərib verilişin xalq tərəfindən sevildiyini sübut etməyə çalışır. Bəli, xalq sevir, amma bu formatı deyil, milli musiqimizi, peşəkar ifanı...

Bəri başdan deyək ki, proqramın qonaqları sırasında tanınıb-seçilən, həqiqətən, xalq tərəfindən sevilən sənətkarlar, musiqiçilər də olur. Ansambl da kifayət qədər peşəkar ifaçılardan ibarətdir. Amma verilişin formatı, tərzi, tərtibatı qətiyyən ictimai xarakterli və seviləcək deyil! Deyəcəksiniz ki, bu, zövq məsələsidir. Şübhəsiz! Amma bu səviyyədə, bu “zövq”lə yalnız fərdi məclis qurmaq olar. Gəl ki, layihənin aparıcısı bir çadır məclisinə sığacaq və elə o qədər də tamaşaçını qane edəcək bəsit bir formatda hazırladığı verilişin hamının sevimlisi olmasına özünü inandırıb. Ona elə gəlir ki, eyni şəxslərdən ibarət bir dəstənin şövqlə çəpik çalıb yerlərində diringi vuraraq özlərindən keçmələri “ümummilli” sevgi və rəğbətin təzahürüdür. Bəlkə də  ora yığışan insanlar öz hallarından çox məmnundurlar. Amma onların bu halı başqalarının istirahətinin əsası, modeli, nümunəsi ola bilməz!

Əslində, ekranda görünən, göstərilən hər kadrın, anın, epizodun dəyəri, anlamı, ictimai yükü olmalıdır. İnsanların könlünü oxşamaqla bərabər, etik və estetik  normalara, tələblərə cavab verməlidir.

Milli musiqi dinləmək naminə ekran qarşısında oturan  tamaşaçı, xüsusilə yeniyetmə və gənclər  ağsaqqalların, cüssəli kişilərin, yaşlı qadınların sürəkli əl çalıb fasiləsiz guya rəqs etmələrindən, bənzərsiz bədən hərəkətləri və üz mimikaları ilə “hisslərini” ifadə etmələrindən nə zövq, tərbiyə alacaqlar?! Budurmu, azərbaycanlı kişisinin sanbalı, xanımının, ciddiyyəti, məhrəmliyi? Bir qatarı dartacaq qədər fiziki gücə, görkəmə malik kişilərin veriliş boyu ordlarını da şişirdib var gücləri ilə əl çalmaları çoxmu ibrətamiz, zövq oxşayan və formalaşdıran dəyərli səhnədir?! Bəlkə ağbirçək azərbaycanlı qadını oturduğu stulda dayanmadan əl-qolunu oynatması qızlarımız üçün örnək, analıq, xanım-xatınlıq məktəbidir?

Aparıcının da toyxana ədası ilə bu kontingenti hörükləməsi, toyxana üslubunda rəqs edib qan-tər içində meydan sulaması isə ayrı bir aləmdir... Bu “tamaşa”ya daim yığışanların nə geyim və görkəmində, nə də ümumiyyətlə, verilişin rəng, vizual, səhnə, efir  tərtibatında, həmçinin  rejissor işində bir ahəng, ekran qayda və  prinsipləri qorunur. Elə hey “uçan” kamera əl çalıb oynayan, geyimləri, formaları, ifadələri ilə ətrafa əsasən zövqsüzlük saçan  studiya tamaşaçılarının “yaradıcılığına” fokuslanır. Rejissor ekran qarşısındakı tamaşaçıya məhəl vermir ki, gözü, könlü dincələ...

Bu primitivliyə nəhayət, son qoyulmasını, belə musiqili verilişlərin orijinal format və yüksək keyfiyyətdə çəkilməsini səbirsizliklə gözləyirik. Şou - yəni, kütləvi xarakterli əyləncə proqramları insanların zövqlərini yüksəltməli, hətta dünyagörüşlərini artıracaq qədər maarifləndirici olmalı, başlıcası, milli-mənəvi dəyərlərimiz üzərində qurulmalıdır.

 

E.HƏSRƏTLİ 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM