Alternative content

06:42 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 344
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 344
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 10.12.2015

 

№ 344                                     Bakı şəhəri, 3 noyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012,

№ 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.5-1-ci, 1.5-2-ci və 1.5-3-cü bəndlər əlavə edilsin:

“1.5-1. Ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.5-2. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ümumtəhsil məktəbinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.5-3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bələdiyyə və özəl ümumtəhsil məktəblərinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.”.

2. 5.2-ci bəndin birinci cümləsində “Ümumtəhsil məktəbində” sözləri “Dövlət ümumtəhsil məktəbində” sözləri ilə əvəz edilsin.

3. 5.3-cü bənddə “pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s.” sözləri “elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri