Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:22 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 370
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 370
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 10.12.2015

 

№ 370                                    Bakı şəhəri, 1 dekabr 2015-ci il

 

“2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, uşaqlar arasında yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair 

TƏDBİRLƏR PROQRAMI

 

  1. 1.            Giriş

 

Uşaqların sağlamlığının qorunması sahəsində əsas priori-tet  istiqamətlərdən biri  immunoprofilaktikadır.

Son illər Azərbaycan Respublikasının ərazisində planlı  immunlaşdırma tədbirlərinin aparılması davam etdirilmişdir.  Belə ki, respublikanın poliomielitdən azad ölkə statusunun saxlanılması məqsədi ilə Milli Fəaliyyət Planı, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Yoluxucu xəstəliklərə qarşı planlı immunlaşdırma tədbirləri üzərində monitorinq və qiymətləndirməaparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına  dair  Tədbirlər Proqramı” çərçivəsində immunlaşdırma  tədbirlərinin gücləndirilməsi  məqsədi ilə  profilaktik peyvənd təqviminə  2011-ci ildə B tipli hemofil  və  2013-cü ildə pnevmokok  infeksiyalarına qarşı peyvəndlər daxil  edilmişdir.

Respublika üzrə peyvənd planının hər il 95%-dən artıq yerinə yetirilməsi, peyvəndlərlə əhatə səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərən  Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə immunlaşdırma həftələrinin keçirilməsi və digər immunlaşdırma  tədbirləri nəticəsində son illərdə difteriya, məxmərək xəstəlikləri qeydə alınmamış,  qızılca,  göyöskürək, tetanus,  epidemik parotit xəstəlikləri isə tək-tək hallarda qeydə alınmışdır. 

Yoluxucu xəstəliklər üzərində elektron müşahidə sistemi çərçivəsində bu xəstəliklərə dair məlumatların toplanılması, ötürülməsi, işlənməsi və  təhlili prosesi   daha da təkmilləşdirilmişdir.

Peyvəndlərin etibarlı saxlanması  məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilmişdir. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı həyata keçirilmiş və “soyuq zəncir” sistemi avadanlıqları ilə işləmək üçün mütəxəssislər xüsusi hazırlıq keçmişlər.  Peyvəndlərin və digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin edilmışdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”ndaimmunoprofilaktika tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı (bundan sonra -Tədbirlər Proqramı) 2014-cü ilin sentyabr ayında Avropa Regional Komitəsində Avropanın 53 ölkəsi, o cümlədən  Azərbaycan Respublikasının qoşulduğu “2015-2020-ci illərdə Vaksinlərə dair Avropa Tədbirlər Planı”na əsasən  hazırlanmışdır. 

 

2. Azərbaycan Respublikası üzrə profilaktik peyvənd

TƏQVİMİ

 

Sıra№-si

Peyvəndlərin adı

Peyvəndlərin edilməsi vaxtı

1.

Hepatit B

doğulduqdan 12 saat ərzində

2.

BCJ, OPV

4-7-ci gün

3.

GDTHibHepB, OPV, Pk

2 aylıqda

4.

GDTHibHepB, OPV

3 aylıqda

5.

GDTHibHepB, OPV, Pk

4 aylıqda

6.

Pk, İPV

6 aylıqda

7.

QPM, Vitamin A

12 aylıqda

8.

GDT, OPV, Vitamin A

18 aylıqda

9.

QPM, ADT, Vitamin A

6 yaşda

 

3. Tədbirlər Proqramının  məqsədi və əsas vəzifələri

 

3.1. Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin  profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.

3.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.2.1.  Respublikanın  bütün uşaqların   peyvəndlərlə vaxtında və tam əhatə olunması;

3.2.2. immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin artırılması;

3.2.3. immunlaşdırma tədbirlərinin monitorinqinin təmin edilməsi;

3.2.4. immunlaşdırma tədbirlərinin davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatının yaxşılaşdırılması;

3.2.5. immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi;

3.2.6. immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi   məqsədi ilə əhali arasında maarifləndirmə işinin aparılması.

 

4. Monitorinq və qiymətləndirmə

 

4.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

4.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tədbirlər Proqramının icrasına aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının cəlb olunmasını təmin edir.

 

5. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

5.1. Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

 

6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə

Tədbirlər Planı

 

 

Sıra №-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

6.1.

İmmunlaşdırma xidmətlərinə olan geniş çıxışın təmin olunması

 

 

6.1.1.

Respublikada uşaqların peyvəndlə əhatə səviyyəsinin 95%-dən az olmayaraq saxlanılması

Səhiyyə Nazirliyi

2016-2020

6.1.2.

Profilaktik peyvənd təqvimində poliomielitə qarşı  üçvalentli (tOPV) peyvəndin ikivalentli (bOPV)  peyvəndlə əvəz edilməsi

Səhiyyə Nazirliyi

2016

1

2

3

4

6.1.3.

Profilaktik peyvənd təqviminə uyğun olaraq peyvənd materiallarının,  şprislərin və immunlaşdırma  zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün təhlükəsiz qutuların alınmasının maliyyələşdirilməsi

Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi

2016-2020

6.1.4.

Respublika səviyyəsində immunobioloji preparatların saxlanılması üçün anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə yeni soyuducuların alınması və sıradan çıxan  soyuducu  avadanlıqların dəyişdirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.1.5.

İmmunobioloji preparatların saxlanılması üçün yerli  tibb məntəqələri səviyyəsində temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatının davam etdirilməsi

 

Səhiyyə Nazirliyi

2016-2020

6.1.6.

İmmunoloji preparatların temperatur rejimini gözləməklə xüsusiləşdirilmiş maşın-refrijeratorlarla yerlərə çatdırılması

Səhiyyə Nazirliyi

 

mütəmadi

6.1.7.

Yerli  tibb məntəqələri səviyyəsində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisələrində sıradan çıxmış “soyuq zəncir” sistemi avadanlıqlarının  dəyişdirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.1.8.

Uşaqların peyvəndlərlə əhatə olunma səviyyəsinin  təhlil edilməsi və  bu sahədə görülən işin keyfiyyəti-ninyaxşılaşdırılması üçün  zəruri tədbirlərin həyata keçirilməsi

Səhiyyə Nazirliyi

ildə 2 dəfə

6.1.9.

Ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndlərlə əhatə səviyyəsini qiymətləndirmək üçün   sorğunun aparılması

Səhiyyə Nazirliyi

2016-2017

6.1.10.

İmmunlaşdırma tədbirlərinin  vaxtında və tam  həyata keçirilməsini təmin etmək məqsədi ilə yerli  səviyyədə  səyyar briqadalardan istifadə olunması

Səhiyyə Nazirliyi

mütəmadi

6.1.11.

Uşaqların peyvəndlərlə əhatə səviyyəsi aşağı olan yaşayış məntəqələrində səbəbləri araşdırılmaqla, əlavə immunlaşdırma tədbirlərinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

6.1.12.

İmmunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

6.2.

İmmunlaşdırma proqramının təkmilləşdirilməsi

 

 

6.2.1.

İmmunlaşdırma proqramı  çərçivəsində fəaliyyət göstərən texniki-məsləhətçi və koordinasiya mexanizmlərinin  potensialının gücləndirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

6.2.2.

Elektron proqramlardan istifadə etməklə, peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması

Səhiyyə Nazirliyi

mütəmadi

6.2.3.

Yeni peyvəndlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2016-2018

 

 

1

2

3

4

6.2.4.

Yoluxucu xəstəliklər üzərində epidemioloji  nəzarətin gücləndirilməsi üçün sanitariya-epidemioloji xidmətin laboratoriya bazasının  təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016-2018

6.3.

İmmunoprofilaktika sahəsində kadr hazırlığı

 

 

6.3.1.

 

Yerlərdə mütəxəssislər üçün epidemioloji və laborator nəzarətə aid təlimlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.3.2.

Ümumdünya Səhiyyə Təşkilatının “Təcrübədə İmmunlaşdırma” təlim kursuna aid metodik tövsiyələrinin həkimlərin və orta tibb işçilərinin diplomdan sonrakı təlim proqramına  tətbiqi

 

Səhiyyə Nazirliyi

2016-2017

6.4.

İmmunoprofilaktika sahəsində əhali arasında maarifləndirmə işinin aparılması

 

 

6.4.1.

Səhiyyə Nazirliyinin veb-saytı vasitəsilə immuno-profilaktika sahəsində əhaliyə müxtəlif məlumatların çatdırılması

Səhiyyə Nazirliyi

mütəmadi

6.4.2.

İmmunlaşdırmaya dair bukletlərin, vərəqələrin, pla-katların çap edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.4.3.

Kütləvi informasiya vasitələri ilə məqsədli qruplar arasında immunlaşdırma proqramının təbliğinə dair məlumatların verilməsi

Səhiyyə Nazirliyi,

kütləvi informa-siya vasitə-ləri

mütəmadi

 

7. Tədbirlər Proqramının həyata keçirilməsindəngözlənilən nəticələr

 

7.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

7.1.1. profilaktik peyvənd təqviminə uyğun immunlaşdırma proqramının maliyyə stabilliyinin təmin edilməsi;

7.1.2. profilaktik  peyvəndlərlə əhatənin yüksək səviyyədə saxlanılması;

7.1.3. qızılca və məxmərəyin eliminasiyası;

7.1.4. poliomielitdən azad ərazi statusunun saxlanılması;

7.1.5. hepatit B infeksiyası üzərində  nəzarətin gücləndirilməsi.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM