Alternative content

08:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 368
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 368
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 10.12.2015

 

№ 368                                    Bakı şəhəri, 23 noyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edilməsi barədə

 

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 592 nömrəli Fərmanının 2.2-ci və 2.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156,

№ 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735; 2014, № 10, maddə 1290; 2015, № 4, maddə 608) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci hissəyə “sellülar (mobil)” sözlərindən sonra “-(texnoloji standartın adı göstərilməklə)” sözləri əlavə edilsin və həmin hissədən “, 3-cü nəsil (3G) mobil rabitə” sözləri çıxarılsın.

2. 11.8-ci bənddə “3-cü nəsil (3G) mobil” sözləri “sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə)” sözləri ilə əvəz edilsin və həmin bəndə “fəaliyyət üçün” sözlərindən sonra “əlavə olaraq” sözləri əlavə edilsin.

3. 11.8.1-ci yarımbəndə “şəbəkənin” sözündən əvvəl “tətbiq ediləcək texnoloji standart üzrə” sözləri, “məlumat” sözündən sonra “və qeyd olunan mərhələlər üzrə işlərin başa çatdırılması barədə zəmanət” sözləri əlavə edilsin.

4. 11.8.4-cü yarımbənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri