09 Dekabr 2015 04:12
819
Turizm
A- A+

Azərbaycan “İkinci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” beynəlxalq turizm sərgisində təmsil olunur

Birləşmiş Ərəb Əmirliklərinin Şarja Əmirliyində Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və Şarja Ekspo Mərkəzinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “İkinci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” beynəlxalq turizm sərgisi keçirilir.

İslam ölkələri arasında Azərbaycanın turizm potensialının təbliğ olunması, eləcə də İƏT çərçivəsində əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Yaxın Şərq və Körfəz ölkələri üzrə təbliğatını həyata keçirən “Atlantis Holiday” şirkəti ölkəmizi qeyd olunan sərgidə təmsil edirlər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sərgi zamanı Azərbaycan stendində ziyarətçilərə və iştirakçılara ölkəmizin turizm potensialı barədə geniş məlumat verilib və məlumat xarakterli çap məhsulları paylanılıb.

Sərgi dekabrın 10-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video