Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
12:12 05.12.2015

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yeni inşa edilmiş binası dörd mərtəbəlidir. Binanın ətrafı abadlaşdırılıb, müasir dizaynda yaşıllıqlar salınıb, işıqlandırılma işləri görülüb, avtodayanacaq yaradılıb.

Binanın interyeri müasir səviyyədə qurulub, inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada 80 nəfərlik heyət üçün iş otaqları, müasir avadanlıqla təchiz edilmiş 140 nəfərlik konfrans və video nümayiş zalları, videokonfrans, treninq, xidmət otaqları və digər otaqlar yaradılıb.

Dövlətimizin başçısına Mərkəzdən idarə edilən informasiya sistemləri haqqında məlumat verildi. Burada dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri fəaliyyət göstərir. Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları milli məkan məlumatları infrastrukturunun formalaşmasında baza rolunu oynayacaq. İnformasiya sistemlərində toplanmış məlumatların məxfiliyi mövcud qanunvericiliyə uyğun və İKT imkanlarından istifadə edilməklə qorunacaq.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi sistemi respublika ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrı, habelə daşınmaz dövlət əmlakının idarə edilməsi, hərracların təşkili barədə məlumatların vahid məlumat bazasında toplanılmasını, onların mühafizəsini təmin edən informasiya ehtiyatlarının və proqram-texniki vasitələrin məcmusudur. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı və Sumqayıt şəhərlərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib, bütün növ daşınmaz əmlaklar barədə hərtərəfli məlumat yerləşdirilib.

Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əksini tapıb. Bu baza ilə hüquqların dövlət qeydiyyatı sistemi arasında bağlantı yaratmaqla, daşınmaz əmlakın kimə məxsus olması barədə məlumatı əldə etmək mümkündür. Torpaqların elektron kadastr uçotu işinin icrası üçün paralel olaraq, respublikanın 3,5 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların stereomodellər üzərindən rəqəmsallaşdırılması, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri aparılır. 2016-cı ilin aprelində Gəncə şəhərinin və Şəki rayonunun torpaqlarının və onların üzərindəki daşınmaz əmlak obyektləri barəsində mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq. Bazanın materiallarından şəhərsalma işində, hər bir inzibati ərazi vahidi üzrə sosial təyinatlı obyektlərin sayı və yerləşmə vəziyyətinin düzgün təhlilində, sosial obyektlərin yerləşməsinin planlaşdırılması zamanı əhalinin tələbatına uyğunluğunun müəyyənləşdirilməsində, əmlakın qiymətləndirilməsində və digər mühüm məsələlərdə istifadə ediləcək.

Ünvan reyestri informasiya sistemi respublikada daşınmaz əmlakların ünvan məlumatlarının toplanmasının və məlumat bazasının elektron idarə edilməsini, həmçinin bu məlumatlara digər dövlət orqanlarının informasiya sistemlərinin çıxışını təmin edən avtomatlaşdırılmış informasiya sistemidir. Bu sistem ünvan işinin elektron xidmətlər sırasına daxil edilməsinə və ölkədə ünvan axtarışlarında naviqasiya sisteminin tətbiqinə şərait yaradıb. Sistem ünvanlar haqqında mərkəzləşdirilmiş ümumdövlət rəsmi informasiya bazasıdır. Bu sistemin işə düşməsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin və pasportların hazırlanması zamanı ünvan məlumatlarının əldə edilməsi avtomatlaşdırılıb. Bundan başqa, sistem təcili yardım, yanğınsöndürmə, axtarış əməliyyatları və digər hallarda obyektə daha az vaxt sərf etməklə çatmağa imkan verir.

Dövlətimizin başçısına torpaqların elektron uçotu sistemi barədə də məlumat verildi. Sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqlarının kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emalını, idarə olunmasını və digər istifadəçilərə çatdırılmasını təmin edir. Sistemin işə düşməsi nəticəsində torpaqların islahat sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq, torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək, əmlak üzərində dövlət nəzarəti mexanizmi daha çevik olacaq. Bundan başqa, sistem respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasına, “Plan-ölçü” sənədinin verilməsi işinin elektron xidmətlər sırasına daxil edilməsinə şərait yaradacaq, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün qərarların qəbulunda informasiya bazası rolunu oynayacaq, icarəyə götürülmüş, lakin istifadə olunmayan torpaq sahələrinin aşkarlanmasına şərait yaradacaq.

Bina ilə tanışlıq zamanı bildirildi ki, burada, həmçinin yeməkxana, arxiv, ümumi, texniki dəstək və servisin təşkili, informasiya sistemləri və proqram təminatının işlənməsi və digər şöbələr var. Bir sözlə, binada yaradılan şərait əməkdaşların yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar açır.

Prezident İlham Əliyev Mərkəzin işinə uğurlar arzuladı.

 

AZƏRTAC