Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:02 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 339
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 339
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 04.12.2015

 

№ 339                                    Bakı şəhəri, 22 oktyabr 2015-ci il

 

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qrant haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr  tarixli 344 nömrəli  Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”  təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi

Q A Y D A S I

 

  1. 1.                  Ümumimüddəalar

 

1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə, habelə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi iləhazırlanmışdır.

1.2. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

1.3. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

1.4. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.

1.5. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının və Azərbaycan Respublikası Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.

2. Qrant vermək hüququnun əldə edilməsi üçün təqdim olunan sənədlər

 

2.1. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.

2.2. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.

2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyinin əldə edilməsi üçün xarici donor tərəfindən Nazirliyə bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri);

2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması;

2.3.3. xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti;

2.3.4. xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə.

2.4. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər xarici dildə tərtib edildikdə, onların notariat qaydasında təsdiq olunmuş tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər və ya məlumatlar həmçinin leqallaşdırılmalı və ya onlara apostilverilməlidir.

 

3. Qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərə baxılması qaydası

 

3.1. Nazirlik tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılır. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılır. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanları münasibət bildirə bilərlər.

3.2. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsiəsaslandırılmalıdır.

3.3. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.

3.4. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. bu Qaydanın 2.3-cü bəndində göstərilmiş ərizə, sənədlər və məlumatlar təqdim edilmədikdə və ya natamam təqdim edildikdə, habelə 2.4-cü bəndinin tələbləri pozulduqda;

3.4.2. qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə.

3.5. Nazirlik hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aşağıdakılar barədə məlumatları təqdim edir:

3.5.1. müraciət edən xarici donorun adı, mənsub olduğu ölkə və onun adından müraciət etmiş şəxs barədə məlumatları;

3.5.2. qrantın məqsədi, məbləği və icra müddəti barədə məlumatları;

3.5.3. müqavilə üzrə nəzərdə tutulmuş resipiyent barədə məlumatı;

3.5.4. qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda, bunun əsaslandırılması.

 

4. Qrant vermək hüququnun əldə edilməsi

 

4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Nazirliyin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar.

4.2. Qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il  5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən həyata keçirilir.

 

  1. Yekun müddəa

 

5.1.       Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.

 

 

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasınınərazisində qrant vermək hüququnun əldə edilməsiQaydası”na əlavə

 

Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizənin forması

_______________________________________

(qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə

dair rəyi verən orqanın adı)

_____________________________________________________________

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)

 

_____________________________________________________________

(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, VÖEN-i, bank rekvizitləri, hüquqi ünvanı)

 

_____________________________________________________________

(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqanın adı, dövlət reyestrindən çıxarışının nömrəsi, tarixi)

 

tərəfindən

 

Ə R İ Z Ə

 

Xarici donor qismində çıxış edən

_____________________________________________________________

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

və qrant müqaviləsi üzrə nəzərdə tutulan resipiyent qismində çıxış edən

_____________________________________________________________

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

arasında

_____________________________________________________________

(müqavilənin adı)

qrant müqaviləsinin bağlanılması (qərarın verilməsi) nəzərdə tutulmuşdur.

Qrantın məqsədi

_____________________________________________________________

 

məbləği və ya başqa maddi formada əşya barədə məlumat

_____________________________________________________________

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

 

icra müddəti

_____________________________________________________________

(başlandığı və bitdiyi müddət)

 

Xarici donorun qrant vermək üçün maliyyələşdirmə mənbəyi və əvvəllər maliyyələşdirdiyi sahələr

_____________________________________________________________

Qoşma (ərizəyə əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

 

_____________________________________________________________

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsini xahiş edirik.

 

Müraciəti imzalamış şəxsin

soyadı, adı, atasının adı, vəzifəsi və imzası_________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

 

Tarix____________

Əlaqə telefonları (faks nömrəsi, elektron poçt ünvanı)

 ____________________________________________________________

 

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM