Alternative content

17:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 342
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 342
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:12 04.12.2015

 

№ 342                                    Bakı şəhəri, 3 noyabr 2015-ci il

 

“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan  Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012,

№ 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231)  ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.  1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. Ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.”.

2. Aşağıdakı məzmunda 1.12-1-ci və 1.12-2-ci bəndlər əlavə edilsin:

“1.12-1. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ali təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.12-2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bələdiyyə və özəl ali təhsil müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.”.

3. 5.1-ci bəndin birinci cümləsində “elmi, elmi-metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar şuraları və s.” sözləri “elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci bəndin birinci cümləsində “Ali təhsil” sözləri “Dövlət ali təhsil” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri