Alternative content

02:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
01:12 02.12.2015

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:

 

Abbasova Mahirə Həsrət qızı             AMEA-nın Coğrafiya İnstitutunun   Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru;

Cəfərov Nizami Qulu oğlu                 Milli Məclisin deputatı, filologiya elmləri doktoru,  professor, AMEA-nın müxbir üzvü;

Həbibbəyli İsa Əkbər oğlu                 Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik;

Hüseynov Rafael Baba oğlu              Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik;

İbrahimli  Fəzail Feyruz oğlu             Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının  professoru, tarix elmləri doktoru;

Qarayev İdrak Akif oğlu                   Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri;

Quliyev Musa İsa oğlu                     Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru;

Mahmudov Yaqub Mikayıl oğlu       Milli Məclisin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor,                        AMEA-nın müxbir üzvü;

Məmmədov Ramiz Mahmud oğlu     AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;

Məşədiyev Qara İbrahim oğlu           AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika                                               şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;                  

Vəlixanlı Nailə Məmmədəli qızı        AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru,                                                     akademik.

 

2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 1 dekabr 2015-ci il