02 Dekabr 2015 12:12
476
Oxucu məktubları
A- A+

Növbəti tədris ilində problem həllini tapa bilər

 

“Azərbaycan” qəzetinin 23 avqust 2015-ci il tarixli nömrəsində Şəkinin Kiş kənd sakinlərinin məktubu dərc olunmuşdu. Onlar rayon mərkəzinə gedib-gəlmək uşaqlar üçün çətin olduğundan Şəkidəki uşaq musiqi məktəbinin Kiş kəndində filialının açılmasını xahiş edirdilər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi məsələyə münasibət bildirib.

Nazir müavini Sevda Məmmədəliyevanın imzaladığı məktubu kiçik ixtisarla dərc edirik:

“Şəki şəhərinin musiqi məktəblərindən birinin Kiş kəndində filialının açılmasına kömək göstərilməsi haqqında məktuba Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində baxılmışdır.

Bildiririk ki, hazırda Şəki şəhər Uşaq İncəsənət məktəbində 22, 2 nömrəli Musiqi məktəbində 12, 3 nömrəli Musiqi məktəbində 3 nəfər Kiş kəndindən olan şagird (cəmi 37 nəfər) müxtəlif ixtisaslar üzrə təhsil alır.

Üç məktəb üzrə təhsil alan 37 şagirdin öz daimi yaşayış yerində musiqi təhsillərinə davam etmələri üçün ilk növbədə kənddə müvafiq binanın olması zəruridir. Digər tərəfdən, lazımi maddi-texniki baza ilə yanaşı, filialın açılacağı təqdirdə tədrisin yeni qəbul əsasında birinci sinifdən başlanması şərti də ortaya çıxır.

Bunları nəzərə alaraq bildiririk ki, müvafiq bina və maddi-texniki baza olduğu halda növbəti tədris ilindən etibarən Kiş kəndində Şəki şəhərinin uşaq musiqi və ya incəsənət məktəblərindən birinin filialının açılması və tədrisin birinci sinifdən başlanması məsələsinə baxıla bilər”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video