02 Dekabr 2015 12:12
522
Oxucu məktubları
A- A+

Liftlər kimin mülkiyyətindədir və onlardan istifadə haqqı nə qədərdir?

 

Bir zamanlar kəskin fəsadlarla müşayiət olunan sosial-məişət problemlərimizin böyük bir qismi artıq həllini tapıb - işıq, qaz, su ilə fasiləsiz təmin olunuruq.  Aidiyyəti xidmət idarələri ilə də münasibətlərimiz  smart tipli və ya adi sayğaclar quraşdırıldıqdan sonra normallaşıb: işlətdiyimizin, istehlak etdiyimizin pulunu rahat sistem vasitəsilə ödəyirik. Yəni ödədiyimiz qədər işlədir, yaxud  sərf etdiyimiz qədər ödəyirik.

Həyətimiz də yenidən qurulub - xeyli abadlıq işləri görülüb, yol genişləndirilib, işıqlandırma sistemi quraşdırılıb, istilik xətləri yenilənib, hovuzlu-fəvvarəli park salınıb. Bəzi işlərin keyfiyyəti qənaətbəxş olmasa da, 40 ildən də artıq dövrdə bu, bir ilk idi. Bütün bunlar tərəqqinin, inkişafın göstəricisidir. Görülən işlərə görə də sonsuz minnətdarıq.

Amma... Hər tərəfdə, hər sahədə  inkişafa, yeniliyə meyil müşahidə olunsa da, lift təsərrüfatında dəyişiklik sezmirik. Ötən əsrdən əsası qoyulan ənənə lift idarəsi tərəfindən hələ də inadla davam etdirilir: işçi əlində siyahı qapı-qapı düşüb liftdən istifadə haqqı toplayır. Sonra da məlum olur ki, idarəyə filan qədər borcumuz var... Doğrudur, alınan pulun müqabilində qəbz verilir. Amma hökumət orqanları dəfələrlə bəyan edib ki, bu sayaq pultoplama halları qanunaziddir. Xidmət haqqı da idarənin özünün müəyyənləşdirdiyi tarif əsasında yığılır - hər mənzildən 2 manat. Əslində isə liftdən istifadəyə görə haqq mənzildə yaşayan insanların sayına görə hesablanmalıdır və məbləğ adambaşı bir ay üçün 20 qəpik idi. Ona görə “idi” deyirik ki, əvvəllər Tarif Şurasının rəsmi saytında bu barədə məlumat vardı. İndi yoxdur. Deyilənlərə görə, bu, liftlərin bina sakinlərinin mülkiyyətinə verilməsi ilə əlaqəlidir.  Amma bu, necə edilir və ya edilməlidir - bilən yoxdur.

 Ümumiyyətlə, bu xidmət sahəsi sanki unudulub - ara-sıra köhnə liftlərin dəyişdirilməsi barədə müzakirələr açılsa da, bu sahəyə cavabdeh təşkilatın fəaliyyət göstərməsinə dəlalət edən  hər hansı yenilik gözə dəymir. Fakt? - Bizim 43 illik liftimiz!

Şübhəsiz, bu sahəyə cavabdeh müvafiq idarə var, özü də, yəqin ki, öz fəaliyyətindən də narazı deyil. Amma nədənsə bu təşkilatın nə bir rəsmi saytı var, nə də haqqında hər hansı məlumat bazası. İctimaiyyətlə ünsiyyətə də meyilli deyil. Bəs onda biz suallarımızı kimə ünvanlayaq, kimdən soruşaq ki, bizim 43 il sərasər istismar etdiyimiz, hər dəfə də (kiçik və ya böyük - fərq etməz) nasazlığını öz hesabımıza aradan qaldırdığımız “qocaman” lift, nəhayət, nə zaman yenilənəcək? Hazırda bu liftlər kimin mülkiyyətindədir və ondan istifadə, xidmət haqqı nə qədərdir? Bu tarifi kim və necə müəyyənləşdirib? Əslində ödəmə necə aparılmalıdır? Niyə bu vaxta kimi xidmət haqqının ödəmə metodunda yenilik tətbiq olunmayıb - vətəndaşların kod və ya kart əsasında bank vasitəsilə ödəmə aparmaları üçün müasir sistem qurulmayıb?

 

Elxan ELDAROĞLU,

Baki, 8-ci mikrorayon, 23 N-li bina, 3-cü blok sakinləri adından

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video