Alternative content

01:24 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolunun tərtib olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolunun tərtib olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
05:11 19.11.2015

 

Qərar № 51/345

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş müddətdə və qaydada tərtib edilərək ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin sənədlər müəyyən olunmuş müddət ərzində yoxlanılmışdır.

Yoxlama aparılarkən 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı, 53 saylı Quba-Qusar seçki dairəsinin 16 saylı, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı, 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, digər seçki dairələri üzrə səsvermənin yekunları düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən bu hal nəzərə alınaraq, seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilməlidir.

Ona görə də Seçki Məcəlləsinin 108.2-ci maddəsinə əsasən seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,  28.4-cü, 108.2-ci və 171.2-ci maddələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair aparılmış yoxlama nəticəsində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı, 53 saylı Quba-Qusar seçki dairəsini 16 saylı, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı, 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarının müəyyən edilməsi üçün dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilsin.

3. Seçki dairələri üzrə seçkilərin yekunlarına və seçki məntəqələri üzrə səsvermənin nəticələrinə təsir edən müvafiq qərarlar nəzərə alınmaqla 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

18.11.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM