Azərbaycan “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri–2015” müsabiqəsinin qalibidir
Azərbaycan “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri–2015” müsabiqəsində “İlin kəşfi” nominasiyasının qalibi olub.
Noyabrın 18-də Moskvada keçirilən təntənəli mükafatlandırma mərasimində qalib diplomu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təqdim edilib. Diplomu tanınmış teleaparıcı Mixail Kojuxov təqdim edib.
P.Bülbüloğlu jurnalın oxucularına təşəkkür edərək vurğulayıb ki, Azərbaycan turistlər üçün cəlbedici ölkədir. O deyib: “Gözəl mənzərələr, qonaqpərvər insanlar, dadlı mətbəx, Abşeronun mirvari çimərlikləri Azərbaycanı həm turistlər, həm də ölkəmizin qonaqları üçün cəlbedici edir”. Polad Bülbüloğlu Azərbaycanda həm qışda, həm də yayda gözəl istirahət üçün hər cür şəraitin yaradıldığını qeyd edərək deyib: “Azərbaycanda yeni dağ-xizək kurortları açılıb. Onlardan biri – “Şahdağ” Rusiya sərhədinin yaxınlığında yerləşir. Qəbələdəki “Tufandağ” dağ-xizək kurortunda həm təzə başlayanlar, həm də təcrübəlilər üçün bir neçə eniş var. Qəbələnin özündə çox gözəl otellər var. Bu şəhərdən Moskvaya birbaşa reyslər həyata keçirilir”.
Sorğunun yekununa əsasən Azərbaycan, həmçinin “Qastronomik turizm” nominasiyası qaliblərinin üçlüyünə daxil olub.
Hər il keçirilən “Ən yaxşı turizm istiqamətləri” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, habelə yeni turizm marşrutlarının açılmasını stimullaşdırır. Onlayn səsvermə iyunun 29-dan 31-dək 18 nominasiyada keçirilib. Azərbaycanla yanaşı, Tailand “Çimərlik istirahəti”, Xorvatiya “Ailəvi istirahət”, İsveçrə “Dağ-xizək istirahəti”, Çin “Ekskursiyalı istirahət”, İtaliya “Aqroturizm”, Cənubi Koreya “Sağlamlıq istirahəti”, Malayziya “Ekoistirahət”, Yeni Zelandiya “Macəralı istirahət”, Yamal-Nenets Muxtar Dairəsi “Rusiya turizmi”, Fransa “Qastronomik turizm”, Efiopiya “Ekzotik istirahət” nominasiyalarının qalibi olub. Bundan başqa, səsvermə çərçivəsində “Ən yaxşı aviaşirkət” – “Turkish Airlines”, “Ən yaxşı Rusiya aviaşirkəti” - “S7 Airlines”, “Ən yaxşı otel şəbəkəsi” – “Anantara”, “Ən yaxşı çimərlik oteli” - Seyşel adalarındakı “Maia Luxury Resort & Spa”, “Ən yaxşı internet-servis” – “Kayak.ru”, “Səyahətlər haqqında ən yaxşı veriliş” – “Pyatnitsa” telekanalının “Mir naiznanku” verilişi olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!