Alternative content

10:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 183 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 183 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
03:11 18.11.2015

 

Qərar № 50/340

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə özü tərəfindən irəli sürülmüş və qeydə alınmış İsmayılov İlyas Abbas oğlunun nümayəndəsi Rəhimov Mütəllim Qara oğlu 14 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/78 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş ərizəçi ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. O, müraciətinə əlavə etdiyi aktlardan və videogörüntülərdən başqa əlavə sənəd və materiala malik olmadığını bildirmişdir.
M.Q.Rəhimov müraciətini onunla əsaslandırmışdır ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə keçirilmiş seçkilərdə Seçki Məcəlləsinin müvafiq maddələrinin tələbi pozulmuş, dairə seçki komissiyasına edilmiş müraciət komissiya tərəfindən düzgün araşdırılmamış, 24 saylı seçki məntəqəsində namizəd tərəfindən təyin edilmiş müşahidəçi R.O.Vəliyevin hüquqları pozulmuş, dairə seçki komissiyasının müvafiq qərarı komissiyanın üzvi və katibi tərəfindən imzalanmamışdır.
Şikayət ərizəsinə əlavə edilmiş, səsvermə günü bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi ehtimal edilən 50 ədəd akt araşdırılmışdır. Araşdırma prosesində həmin aktlardan 21-də pozuntunun hansı seçki məntəqəsində baş verməsi, 2 aktda pozuntunun baş verməsinin vaxtı (saatı) göstərilməmiş, əksər aktlar bir şəxs tərəfindən imzalanmış, aktların bəzilərində pozuntunun nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamış və həmin aktlar məntəqə seçki komissiyalarına təqdim edilməmişdir.
Araşdırma prosesində qeydə alınmış namizəd tərəfindən təyin edilmiş müşahidəçi R.O.Vəliyevin 24 saylı seçki məntəqəsindən qanunsuz olaraq uzaqlaşdırılması öz təsdiqini tapmamışdır. Belə ki, 24 saylı seçki məntəqəsində müşahidə aparmış müşahidəçilər N.Ə.Vəliyeva, Ş.V.Qasımova, A.M.Səfərov, R.Q.Qasımov, N.M.Şabanova, Ə.C.İsrafilov və digərləri, habelə həmin seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri G.P.Rəhimova, katibi D.Q.Qurbanov, üzvləri O.A.Musayeva, M.M.Əliyeva, M.O.Əsgərova və digərlərinin izahatlarında belə bir halın baş verməməsi göstərilmişdir. Eyni zamanda 24 saylı seçki məntəqəsində saat 20.25-də tərtib edilmiş aktı R.O.Vəliyevin də imza etməsi bu halın baş verməməsini bir daha təsdiqləyir. Müəyyən edilmişdir ki, müşahidəçi R.O.Vəliyevin seçki məntəqəsində hüquqlarının pozulması ilə bağlı dairə seçki komissiyasına müraciəti daxil olmamışdır.
Müşahidəçilər V.R. Zeynalov, O.E.Vəliyev, X.İ.Nəsibov və Z.M.Yusibovun birlikdə təxminən eyni vaxtda ayrı-ayrı kəndlərdə, Cəfərli və Çaylı kəndlərində yerləşən 28 və 30 saylı seçki məntəqələrində pozuntuların olduğuna dair tərtib etdikləri aktlar inandırıcı olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz.
1 və 8 saylı seçki məntəqələrində ehtimal edilən qanun pozuntularının baş verdiyi barədə tərtib edilmiş aktları deputatlığa qeydə alınmış namizəd İ.A.İsmayılovun vəkil təyin etdiyi şəxs A.V.Əfəndiyev və müşahidəçi M.H.Məmmədov, həmçinin sözügedən məntəqə seçki komissiyalarında Ədalət Partiyasını təmsil edən həlledici səs hüquqlu üzvlər Y.M.Kərimov və Ş.Z.Cəfərov imzalamışlar. Adıçəkilən komissiya üzvləri səsvermə günü səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyaları protokollarının tərtib edilməsində iştirak etmiş və həmin protokolu imzalamışlar.
Araşdırma ilə müəyyən edilmişdir ki, M.Q.Rəhimov iddia edilən qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına müraciət etmiş, komissiya həmin müraciətə müəyyən edilmiş müddətdə və qaydada baxmış, müraciətdə göstərilən hallar ətraflı araşdırılmış və əsaslandırılmış qərar qəbul etmişdir. Dairə seçki komissiyasının həmin qərarının komissiyanın katibi və bir üzvü tərəfindən imzalanmamasına gəldikdə isə komissiyanın 7 noyabr 2015-ci il tarixli iclas protokolundan müəyyən edilir ki, komissiyanın katibi G.M.Ağazadə və üzvü T.M.Muradov üzürlü səbəbdən iclasda iştirak etməmişlər, ona görə də müvafiq qərar onlar tərəfindən imzalanmamışdır.
Seçki Məcəlləsinin 19.10-cu maddəsinin tələbinə əsasən seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir. Həmin Məcəllənin 19.14-cü maddəsində seçki komissiyası qərarlarının və iclas protokollarının komissiyanın sədri və katibləri tərəfindən imzalanmalı olduğu göstərilir. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayırlar.
Şikayətə əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülər müşahidə aparılması prinsipinin pozulması ilə əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinə əsasən, müşahidə açıq aparılmalıdır və həmin Məcəllənin 42.2.8-ci maddəsinə əsasən, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır. Müraciətdə göstərilən halda isə şikayətçi müşahidəçilərin seçki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə riayət etməmələrini nəzərə almamışdır.
Beləliklə, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal edilən qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən deputatlığa qeydə alınmış namizəd İ.A.İsmayılovun nümayəndəsi M.Q.Rəhimovun müraciəti əsassız hesab edilərək təmin edilməməli, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış namizəd İsmayılov İlyas Abbas oğlunun nümayəndəsi Rəhimov Mütəllim Qara oğlunun 14 noyabr 2015-ci il tarixli 183 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

17.11.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM