Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:50 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizin turizm potensialı Yunanıstanda keçirilən sərgidə nümayiş olunub
Ölkəmizin turizm potensialı Yunanıstanda keçirilən sərgidə nümayiş olunub
ANA SƏHİFƏ / Turizm
03:11 17.11.2015

Yunanıstanın Saloniki şəhərində keçirilən 31-ci Philoxenia - Beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı nümayiş olunub.

Yunanıstandakı səfirliyimiz tərəfindən təşkil olunmuş Azərbaycan guşəsinə yalnız dünyanın bir sıra turizm agentlikləri və tur operatorları deyil, eləcə də yerli əhali və jurnalistlər də böyük maraq göstəriblər. Saloniki şəhər meriyasının yüksək vəzifəli şəxsləri, Helexpo şirkətinin rəhbəri və digər rəsmilər milli stendimizlə tanış olub, ölkəmizdəki iqtisadi-sosial inkişafı yaxından izlədiklərini və belə sərgilərin Azərbaycanı daha yaxından tanımaq üçün fürsət olduğunu vurğulayıblar.

Dörd gün davam edən sərgi çərçivəsində Azərbaycanın turizm potensialı əks etdirən promovideolar, habelə Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş xeyli sayda jurnal və broşürlər, kitablar və milli musiqimizdən ibarət disklər nümayiş olunub. Azərbaycana səyahət üçün bələdçi nəşrləri, müxtəlif tur paketlər və turizm məkanları bilavasitə ziyarətçilərin diqqətinə çatdırılıb.

Yerli və xarici tur operatorlar Azərbaycanı turizm bazarında yeni məkan kimi dəyərləndirdiklərini, ölkəmizə təşkil olunan infoturlara qatılmaq niyyətlərini bildiriblər. Yunanıstanla yanaşı, Rusiya, Estoniya, Almaniya, Rumıniya, Bolqarıstan, Türkiyə, Hong-Kong, ABŞ, Fransa və digər ölkələrdən olan turizm agentliklərinin ölkəmizdəki turizm imkanları ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Guşəni ziyarət edən qonaqlara Azərbaycanın nadir gözəllikləri, yaradılmış yeni turizm obyektləri və infrastruktur layihələri haqqında ətraflı məlumat verilib. Həmçinin www.azerbaijan.travel internet səhifəsinin Azərbaycanda turizmin inkişafı və turizm agentlikləri ilə əlaqələrin yaradılması üçün vasitə olduğu bildirilib. Bununla yanaşı, qonaqlar Azərbaycana viza alınması prosedurları ilə bağlı məlumatlandırılıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM