Alternative content

07:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 170 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 170 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
04:11 15.11.2015

 

Qərar № 48/332

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Rzayev Qubadəli Əli oğlu 11 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsi üzrə qanun pozuntularının baş verdiyini iddia edərək, bununla əlaqədar həmin dairə seçki komissiyasına yazılı müraciət etdiyini, lakin komissiya tərəfindən müraciətə baxılmadığını bildirərək dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayış və qəbzdən görünür ki, ərizəçi 3 noyabr 2015-ci ildə poçt vasitəsi ilə dairə seçki komissiyasına müraciət göndərmiş, müraciət 6 noyabr 2015-ci ildə dairə seçki komissiyasına daxil olmuş və 8 noyabr 2015-ci ildə komissiyanın iclasında həmin müraciətə baxılaraq 32/122 saylı qərar qəbul edilmiş, həmin qərarın surəti 8 noyabr 2015-ci ildə namizədin vəkil edilmiş şəxsi C.Talıbova təqdim edilmişdir.

Göstərilənlərlə dairə seçki komissiyasının hərəkətsizliyi öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Rzayev Qubadəli Əli oğlunun 11 noyabr 2015-ci il tarixli 170 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

14.11.2015