Alternative content

16:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 173 saylı müraciət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 173 saylı müraciət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
04:11 15.11.2015

 

Qərar № 48/334

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Qasımova Elza Nuru qızı 2015-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 201-ci il tarixli 31/95 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Müraciət  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində, 14 noyabr 2015-ci ildə deputatlığa qeydə alınmış namizəd Qasımova Elza Nuru qızı yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək şikayətindən imtina etdiyini bildirərək həmin şikayət üzrə araşdırmaya xitam verilməsini xahiş etmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Qasımova Elza Nuru qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 173 saylı müraciəti üzrə araşdırmaya xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

14.11.2015