15 Noyabr 2015 02:11
505
Oxucu məktubları
A- A+

Lerikin 40 kəndində qaz yanır

 

Zəriküməco çox da böyük olmayan dağ kəndidir. Rayon mərkəzindən 25 kilometr aralıdadır. Dörd tərəfi meşədir. Kənddə 60 ailə yaşayır. Torpaq sahəsi az olsa da, bərəkətlidir, adamları əməksevərdir. Tərəvəz əkir, kartof becərir, meyvə yetişdirirlər. Builki payız xeyir-bərəkət gətirib. Bağların meyvəsi dərilir, şuma toxum səpilir.

Abadlıq-quruculuq işləri bu kəndi də əhatə edib - yeni evlər tikilib, yollar təmir olunub, təzə bağ-bağça salınıb. Vaxtilə müəyyən sosial-məişət çətinliklərinə görə dədə-baba yurdunu tərk etmiş insanlar indi geri qayıdır. Artıq üç ailə kəndə dönüb, yeni yurd salıb, ev tikib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş yeni məktəb bu dərs ilindən qapılarını şagirdlərin üzünə açıb. Qonşu Piran kəndindəki çınqıl zavodunda, broyler fabrikində, turizm-istirahət mərkəzində gənc oğlan və qızlar işlə təmin olunublar.

Sakinlərin uzun illərdən bəri gözlədikləri bir problem də artıq həllini tapıb: təbii qaz xətti çəkilişi sona çatıb və evlərə qaz verilib. Təntənəli açılış mərasimində ağsaqqallar və ziyalılar, o cümlədən əmək veteranı Seyidəli Xudaverdiyev, müəllim Əbutalıb Cəbiyev qayğı və diqqətə görə dövlət başçısına, bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, artıq rayonun  40 kəndinə mavi yanacaq verilib.

 

Həmzə VƏLİMƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video