15 Noyabr 2015 02:11
474
Oxucu məktubları
A- A+

Savadı yüksək, dini etiqadı saf olan insan fal-cadu ümidinə qalmaz...

 

Ölkədə falçılığın qadağan olunacağı xəbəri bəzilərini narahat etsə də, ümumilikdə əhali tərəfindən razılıqla qarşılanıb. Güman edirik ki, təkcə falçılığa deyil, oxşar şarlatanlıq fəaliyyətlərinə - saxta magiyaya, ekstrasensliyə, cadugərliyə də, nəhayət, son qoyulacaq.

Əslində, dələduzluqla məşğul olan, bəzilərinin əqli və psixi halı belə şübhə doğuran falçı-cadugərlərin, qondarma ekstrasenslərin insanların taleyi ilə oynamasına yol vermək olmaz. Təəssüf ki, bu şəxslər asan yolla pul qazanmaq naminə çarəsiz vətəndaşların  həyatlarına müdaxilə etməkdən, onların sağlamlığına ciddi təsir göstərən  əməllərdən belə çəkinmirlər. Beləcə, bəzi vətəndaşlarımız cahillikdən talelərini və sağlamlıqlarını bu şarlatanların ümidinə buraxırlar. Fal və caduya aludə olan insanlar bəzən cinayətə qədər sürüklənirlər: tərəflər arasında münaqişə yaranır, qarşıdurma fiziki zorakılığa, həyat və sağlamlığa sui-qəsdə kimi kəskinləşir.

Çarə və müalicəni falçı-cadugərlərdə axtaranlar düşdükləri girdabdan qurtula bilmədiklərindən xəstəliklərinə, dərdlərinə vaxtında müdaxilə şansını da əldən verirlər. Nəticədə tibb də çarə qılmaqda aciz qalır. Sonrakı peşmançılıq isə fayda vermir. Halbuki vaxtında falçı-cadugərə deyil, peşəkar həkimə müraciət edilsəydi, neçə-necə insanın həyat və sağlamlığı xilas olunardı...

Bu sayaq əməlləri dinimiz - islam da inkar edir, dövlət, cəmiyyət qanunları da. Müsəlman olan kəs Allahın iradə və istəyi xaricində hər hansı bir qüvvənin  onun həyatına  müdaxilə edə biləcəyinə necə inana bilər?

Təcrübə və müşahidələr göstərir ki, özünü falçı-cadugər, maq, ekstrasens  elan etmiş şəxslərin böyük əksəriyyəti fırıldaqçı, dələduzdur. Fitri istedadı olan şəxslər tarixdə olub, yəqin ki, yenə də olacaq. Amma bu qədər yox!  Azərbaycanda az qala hər rayonda, qəsəbədə  belə “istedadlar” var və onlar xalqı aldatmaqla  məşğuldurlar.

Belələri qətiyyətlə ifşa olunmalı, doğru-düzgün yola təhrik edilməlidir. Fal-cadu dələduzluğu ilə  insanların həyatına zəhər qatanlar ciddi cəzalandırılmalıdırlar ki, özlərində bu “istedad”ı axtaranlara görk olsun.

Əgər kimsə həqiqətən də fövqəladə güc və bacarığa malik olduğunu iddia edirsə,  onlar  üçün ayrıca komissiya yaradılmalıdır. Buyurub bacarıqlarını nümayiş etdirsinlər. Doğrudan belələri varsa, tapılarsa, onda onların  da potensialı cəmiyyətin inkişafına yönəldilməlidir.

Şübhəsiz, qanunla belə hallara qadağa qoyulmalıdır. Amma, eyni zamanda, cəmiyyətdə  maarifləndirmə işi də gücləndirilməlidir. Elmi-savadı yüksək, dini etiqadı saf, düzgün olan insan heç bir zaman fal-cadu kimi cəfəngiyata inanmaz.

 

Elxan ELDAROĞLU 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video