Alternative content

14:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 157 saylı və 12 noyabr 2015-ci il tarixli 176 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 157 saylı və 12 noyabr 2015-ci il tarixli 176 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
04:11 14.11.2015

 

Qərar № 47/325

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Şahvələdov Məzahir Səfər oğlu 2015-ci il noyabrın 10-da və 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatının aparılması zamanı namizədlər üçün bərabər şərait yaradılmadığını iddia etmiş, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 31/82 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, şikayətin mahiyyəti üzrə araşdırılmasını, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini və həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini edilməsini xahiş etmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni mahiyyətə və xarakterə malik olduqlarından qrup koordinatoru məlumatlandırılmaqla bir icraatda birləşdirilərək birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Namizəd müraciətlərində seçki dairəsinin əhatə etdiyi 2, 4, 5, 6, 8, 9, 10, 18, 22, 25, 26, 30, 34, 35, 36, 39, 42, 43, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 55, 59, 60, 62 və 66 saylı seçki məntəqələrində səsvermə günü seçicilərin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılmamasını, xüsusi mürəkkəblə işarələnməməsini, bütövlükdə məntəqə seçki komissiyası üzvlərinin müşahidə prosesinə qanunsuz olaraq maneçilik törətdikləri üçün səsvermə prosesinin müşahidə edilə bilməməsini, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, seçici siyahısında adları olmayan şəxslərin səsvermədə iştirak etdiyini, eyni şəxslərin bir neçə dəfə, bir şəxsin digərinin əvəzinə səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteni verildiyini, bəzi məntəqə seçki komissiyalarının sədrləri tərəfindən bülletenlərin künclərinin topa halında kəsildiyini, səslərin sayılmasında və səsvermənin nəticələrinin rəsmiləşdirilməsində qanun pozuntularına yol verildiyini göstərərək qeyd edilən seçki məntəqələri və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb etmişdir.
Araşdırma prosesində müraciət etmiş qeydə alınmış deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. O, 12 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasında araşdırmada iştirak etmiş, səsvermə günü tərtib edilmiş aktların əsillərini təqdim etmişdir. M.S.Şahvələdov Mərkəzi Seçki Komissiyasının iclasına dəvət olunmuşdur.
Müraciətdə səsvermə günü qanun pozuntularının baş verməsi iddia edilən 32 seçki məntəqəsindən yalnız 2, 18 və 55 saylı seçki məntəqələri üzrə ərizəçi tərəfindən akt təqdim edilmişdir. Araşdırma prosesində isə həmin aktların eyni məzmunlu və ümumi xarakterli olmaqla yanaşı, müvafiq qaydalara uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Ona görə də, müraciətin araşdırılması zamanı sözügedən aktların etibarlı sübut mənbəyi kimi qiymətləndirilməsi mümkün olmamışdır. Həmçinin, ərizəçi müraciətində iddia etdiyi qanun pozuntularının əsaslandırılması üçün hər hansı digər sənəd və materiala malik olmadığını bildirmişdir. Müraciətə əlavə edilmiş 7 ədəd disk isə müəyyən edilmiş qaydalara uyğun təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.
Ərizəçi müraciətində 35 və 45 saylı seçki məntəqələrində onun tərəfindən təyin edilmiş müşahidəçilərin fəaliyyətinə polisin müdaxilə edildiyini bildirmişdir. Adıçəkilən seçki məntəqələri məntəqə seçki komissiyaları sədrlərinin, orada seçkiləri izləmiş digər müşahidəçilərin və həmin rayonun polis şöbəsi rəisinin izahatları ilə iddia olunan həmin qanun pozuntusu öz təsdiqini tapmamışdır.
86 saylı İsmayıllı seçki dairəsi üzrə 2 saylı seçki məntəqəsində müşahidəçi olmuş T.Ç.Bayramov, məntəqə seçki komissiyasının sədri V.H.Rəhimov, 4 saylı seçki məntəqəsində müşahidə aparmış D.M.Eminova, G.A.Əliyeva, məntəqə seçki komissiyasının üzvü A.T.Əliyev, 5 saylı seçki məntəqəsində müşahidə aparmış N.B.Hacıyev, məntəqə seçki komissiyasının sədri R.E.Məmmədov, 6 saylı məntəqə seçki komissiyasının sədri İ.E Babayev, 8 saylı seçki məntəqəsində müşahidə aparmış Ş.B.Osmanov, 9 saylı məntəqə seçki komissiyasının sədri A.S.İsgəndərov, 18 saylı seçki məntəqəsində müşahidə aparmış Ə.M.Abbasov və G.B.Cəbiyeva, 30 saylı məntəqə seçki komissiyasının sədri E.Ş.Bədəlov, 34 saylı seçki məntəqəsində müşahidə aparmış E.Z.Əliyev, R.L.Allahverdiyev və A.Ə.Pənahov, məntəqə seçki komissiyasının sədri Y.R.Bağırov, komissiya üzvü A.B.Abdullayeva, 35 saylı seçki məntəqəsində müşahidəçi olmuş F.E.Bədəlov və R.S.Məmmədova, məntəqə seçki komissiyasının sədri E.R.Əhmədov, 36 saylı məntəqə seçki komissiyasının sədri İ.Jidkov, 45 saylı seçki məntəqəsində muşahidə aparmış İ.M.Şiraliyev, S.Q.Səlimov və B.Məmmədov, məntəqə seçki komissiyasının sədri A.H.Məmmədov, komissiyanin katibi R.A.Zərbəliyev, 49 saylı məntəqə seçki komissiyasının sədri N.S.Aydınov, 53 saylı seçki məntəqəsində müşahidə aparmış X.M.Seyidov, məntəqə seçki komissiyasının sədri Q.R.Hüseynov, 55 saylı məntəqə seçki komissiyasının sədri Ə.D.Mirzəliyev, 59 saylı seçki məntəqəsində müşahidə aparmış V.Həmidov, məntəqə seçki komissiyasının üzvü Ü.A.Ağazadə, 60 saylı məntəqə seçki komissiyasının sədri Z.F.Muradov, 66 saylı seçki məntəqəsində müşahidəçi olmuş X.Qəmbərov, məntəqə seçki komissiyasının katibi İ.H.Hüseynov, o cümlədən həmin məntəqələr üzrə müxtəlif siyasi partiyaları və maraqları təmsil edən çoxsaylı müşahidəçilər tərtib etdikləri akt və izahatları ilə ehtimal olunan qanun pozuntularını təkzib etmişlər. Belə ki, onlar səsvermə və səslərin sayılması prosesinin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini, bu zaman ciddi qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, nə onlara, nə də digər müşahidəçilərə qarşı məntəqə seçki komissiyasının sədri və ya üzvləri tərəfindən heç bir təzyiqə yol verilmədiyini, protokolların surətlərini onu almaq hüququ olan şəxslərə verildiyini, ümumiyyətlə, səsvermə günü seçki məntəqəsində hər hansı bir qanun pozuntusunun olmadığını bildirmişlər.
Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan və həmin seçki dairəsi üzrə namizəd kimi qeydə alınmış X.K.Qurbanova və R.S.Nuriyevin izahatlarından görünür ki, seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün tam və bərabər imkanlar yaradılmış, hər bir qeydə alınmış namizədə seçkiqabağı təşviqatla əlaqədar olaraq “qapalı və açıq” yerlərdə görüşlərin keçirilməsi üçün bildiriş xarakterli məktub təqdim olunmuş, eyni zamanda ərizəçi M.S.Şahvələdov özü də yaradılmış bu imkandan geniş istifadə etmişdir.
Müəyyən edilmişdir ki, seçkiqabağı təşviqat dövründə, eləcə də səsvermə günü qanun pozuntuları ilə bağlı M.S.Şahvələdov və digər şəxslər tərəfindən dairə seçki komissiyasına hər hansı bir müraciət daxil olmamışdır.
Ərizəçi M.S.Şahvələdov tərəfindən təyin edilmiş və 45 saylı seçki məntəqəsində seçkiləri müşahidə etmiş R.S.Qəhrəmanov öz izahatında səsvermə prosesi, səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması zamanı hec bir qanun pozuntusunun olmadığını və protokolun təsdiq olunmuş surətini aldığını bildirmişdir.
Araşdırma prosesində o da məlum olmuşdur ki, namizəd S.M.Şahvələdov 4 noyabr 2015-ci ildə səsvermə günü baş verməsi güman edilən qanun pozuntuları ilə əlaqədar dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müraciətə baxmış və əsaslandırılmış qərar qəbul etmişdir.
Qeyd edilənlərə əsasən, ərizəçinin müraciəti mahiyyəti üzrə araşdırılması tələbi hissəsində təmin edilmiş hesab edilməli, digər hissədə isə əsassız olduğundan təmin olunmamalı və dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 31/82 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Şahvələdov Məzahir Səfər oğlunun 10 noyabr 2015-ci il tarixli 157 saylı və 12 noyabr 2015-ci il tarixli 176 saylı müraciətləri mahiyyəti üzrə araşdırılması hissəsində qismən təmin edilmiş hesab olunsun.
2. Dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 31/82 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın və müraciətlər digər hissədə əsassız olduğundan təmin edilməsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.11.2015