13 Noyabr 2015 01:11
839
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 336

 

№ 336                                                Bakı şəhəri, 21 oktyabr 2015-ci il

 

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 14 noyabr tarixli 345 nömrəli  fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 21 oktyabr

tarixli 336 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi

 

QAYDASI

 

  1. Ümumi müddəalar

 

1.1.  Bu Qayda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, ianələr – qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri (bundan sonra - qeyri-hökumət təşkilatı) qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - Ədliyyə Nazirliyi) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) təqdim edilməsi qaydasını tənzimləyir.

1.2.  Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra - reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.

1.3.  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər.

1.4.  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.5.  Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.

 

2. İanənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların ƏdliyyəNazirliyinə təqdim edilməsi

 

2.1. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada ərizə ilə müraciət edilməlidir.

2.2. Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir.

2.3. İanə edilən pul vəsaitləri 200 (iki yüz) manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.

2.4. Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 (beş) iş günü müddət təyin edir.

 

3. İanə barədə məlumatların araşdırılması

 

3.1.  İanə barədə bildirişin verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən aşağıdakılar araşdırılır:

3.1.1.          ərizəni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması (ianə verən Azərbaycan Respublikasının rezidenti olduqda) və ianəni qəbul edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarla uyğunluğu;

3.1.2.          ianənin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğunluğu;

3.1.3.          ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlərin qanunvericiliyə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə müəyyən olunmuş məqsədlərə uyğunluğu;

3.1.4.          ianə qəbul edən qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;

3.1.5.          ianə edilən pul vəsaitlərinin nağd verilməsi və ya qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilməsi.

3.2.  İanə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən verildikdə, həmçinin onun dövlət qeydiyyatına dair bağlanılmış sazişin qüvvədə olması araşdırılır.

 

4. İanə barədə məlumatların reyestrə daxil edilməsi qaydası

 

4.1.    Ədliyyə Nazirliyi bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 15 (on beş) gün müddətində aşağıdakı məlumatları reyestrə daxil edir və qeyri-hökumət təşkilatına bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada bildiriş verir:

4.1.1.  ianə verən hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı;

4.1.2.  ianənin məbləği;

4.1.3.  ianəni qəbul edən qeyri-hökumət təşkilatının adı;

4.1.4.  ianənin verildiyi tarix;

4.1.5.  ianənin nağd və ya köçürmə yolu ilə verilməsi;

4.1.6.  ianə barədə məlumatın reyestrə daxil edildiyi tarix;

4.1.7.  ianənin fərdi nömrəsi.

4.2.        Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 (on beş) günədək uzadılır.

4.3.        Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir.

4.4.        Ədliyyə Nazirliyi reyestrə daxil edilmiş məlumatlar haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.

 

5. İanə barədə məlumatların reyestrə daxil olunmasından və bildirişin verilməsindən imtina edilməsi halları

 

Bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.

 

6. İanənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların

Maliyyə Nazirliyinə təqdim edilməsi

 

Qeyri-hökumət təşkilatı qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş formaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edir.

 

7. Yekun müddəa

 

Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.

 

 

 

 

 

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədəməlumatların təqdim edilməsi Qaydası”na

                                          1 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin və ianəni vermiş şəxslər barədə məlumatların reyestrə daxil edilməsinə dair ərizənin forması

____________________________________

(müraciət edilən dövlət orqanının adı)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin adı, hüquqi ünvanı, VÖEN-i)

_____________________________________________________________

(qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

tərəfindən

 

Ə R İ Z Ə

Bildiririk ki, ianə verən

_____________________________________________________________

(hüquqi şəxsin adı, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

 

tərəfindən_______tarixində ianə qəbul edən

 

_____________________________________________________________

(qeyri-hökumət təşkilatının adı)

_____________________________________________________________

(məbləğ (valyuta göstərilməklə), əmlak olduğu halda tərkibi)

ianə verilmişdir.

 

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş ianə barədə məlumatların reyestrə daxil edilməsini və bu barədə müvafiq bildirişin verilməsini xahiş edirik.

 

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə):

_____________________________________________________________

(əlavə olunan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

İanəni qəbul edənin (onun nümayəndəsinin)

adı, soyadı, atasının adı, vəzifəsi və imzası __________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix: ___  ____________20___il

Əlaqə telefonları:

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədəməlumatların təqdim edilməsi Qaydası”na

                                         2 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianənin məbləği və ianəni vermiş şəxs barədə məlumatın reyestrə daxil edilməsi barədə

 

B İ L D İ R İ Ş

 

İanə verən

_____________________________________________________________

(hüquqi şəxsin adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı)

 

tərəfindən ianəni qəbul edən

_____________________________________________________________

(qeyri-hökumət təşkilatının adı)

 

_____________________________________________________________

(ianənin verildiyi tarix, məbləğ (valyuta göstərilməklə), əmlak olduğu halda tərkibi, ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər)

 

ianə verilməsi barədə məlumat  ___________ilə _______________reyestrə                                                            

(fərdi nömrə)           (daxil edildiyi tarix)

daxil edilmişdir.

 

 

Bildirişin tarixi _________________

 

______________________________

(Bildirişi imzalamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

vəzifəli şəxsinin vəzifəsi, adı, soyadı və imzası)

 

 

 

 

 

 

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədəməlumatların təqdim edilməsi Qaydası”na

                                          3 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən qəbul edilən ianələr və ianə vermiş şəxslər barədə məlumat

 

____________________________________

(müraciət edilən dövlət orqanının adı)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin adı, hüquqi ünvanı, VÖEN-i)

_____________________________________________________________

(qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

tərəfindən

 

Bildiririk ki, ianə verən

_____________________________________________________________

(hüquqi şəxsin adı, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

 

tərəfindən_______tarixində ianə qəbul edən

 

_____________________________________________________________

(qeyri-hökumət təşkilatının adı)

_____________________________________________________________

(məbləğ (valyuta göstərilməklə), əmlak olduğu halda tərkibi)

ianə verilmişdir.

 

 

İanəni qəbul edənin (onun nümayəndəsinin)

adı, soyadı, atasının adı, vəzifəsi və imzası _______________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

 

Tarix: ___  ____________20___il

Əlaqə telefonları:

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video