Alternative content

16:51 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 156, 158, 160, 163, 164 və 165 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 156, 158, 160, 163, 164 və 165 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:11 13.11.2015

 

Qərar № 46/316

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasından 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Qurbanov Davud Hadıbək oğlu, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd Rüstəmov Nurəddin Telman oğlu, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Axund Mirzağa Aprel oğlu, 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərəcov Saday Xalid oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə qeydə alınmış namizəd Yusif Namaz oğlu, 59 saylı Salyan seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Valeh Hümmət oğlu 10 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müvafiq seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını, həmin seçki dairələri üzrə səsvermənin baş tutmamasının və ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınmasını xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni mahiyyətə və xarakterə malik olduqlarından birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, mahiyyəti üzrə eyni məzmunlu müraciətlərə Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2015-ci il tarixli iclasında baxılmış və 42/303 saylı qərar qəbul edilmiş, həmin qərardan maraqlı şəxslər tərəfindən müvafiq məhkəmələrə şikayət verilmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, ərizəçilərin iddialarının əsassızlığı barədə səlahiyyətli orqanların preyudisiyal əhəmiyyət kəsb edən qərarları qüvvədədir. Ona görə də tələbin təmin edilməsindən imtina edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Qurbanov Davud Hadıbək oğlu, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd Rüstəmov Nurəddin Telman oğlu, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Axund Mirzağa Aprel oğlu, 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərəcov Saday Xalid oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə qeydə alınmış namizəd Yusif Namaz oğlu və 59 saylı Salyan seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Valeh Hümmət oğlunun 10 noyabr 2015-ci il tarixli müvafiq olaraq 156, 158, 160, 163, 164 və 165 saylı müraciətləri əsassız olduqlarından təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

12.11.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM